Rəsmi Tbilisidən Ermənistana ötürülən silah-sursatla bağlı daha bir - Açıqlama

img

21-07-2020 [22:00]


Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Serbiyadan silah-sursatın Ermənistana ölkə ərazisi vasitəsilə çatdırılmasına dair Azərbaycan mətbuatında yer alan növbəti məqaləni şərh etməyə hazırlaşmır.

Bunu Xarici işlər nazirinin müavini Laşa Darsalia “Rustavi 2” telekanalına bildirib.

Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığı vurğulayan nazir müavini deyib ki, Azərbaycan tərəfi ilə bütün önəmli məsələlər üzrə yüksək səviyyədə təmas var: “Azərbaycanlı həmkarlarımız və dostlarımızla bütün vacib məsələlərlə bağlı daimi təmasdayıq və müzakirələr aparırıq”.

Qeyd edək ki, ötən gün Gürcüstan XİN Ermənistana minomyotların Gürcüstan vasitəsilə çatdırılması barədə Azərbaycan mətbuatının yaydığı məlumatları həqiqətə uyğun olmadığını bəyan edib. Bu gün Azərbaycan mətbuatında bu mövzuya dair fotofaktların yer aldığı növbəti məqalə dərc olunub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA