Müsavat Partiyasının qurultay məsələsi yenidən gündəmdə

img

24-10-2013 [13:13]


Müsavat Partiyasının qurultay məsələsi yenidən gündəmə gəlib. AzVision.az-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Mehman Cavadoğlu bildirib ki, yaxın günlərdə Müsavat Partiyasnın qurultayının keçirilməsi məsələsi müzakirə ediləcək:

"Qurultay üçün hər şey hazırdır. Təşkilatlanma işləri də çoxdan başa çatıb. Yeganə problem qurtultayın keçiriləcəyi yer məsələsidir. Bizə elə yer lazımdır ki, ora qurultay iştirakçıları və qonaqlar üçün kifayət etsin”.

Qeyd edək ki, Müsavat Partiyasının Nizamnaməsinə görə, növbəti qurultaya partiyanın hazırkı başqanı İsa Qəmbər öz namizədliyini verə bilməz.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA