"Əvvəl bu addımları niyə atmırdı?" - İlham Rəhimovun gecikmiş addımı, yoxsa...
20-07-2020 [14:57]
“Food City” topdansatış bazarı ətrafında baş verənlərdən hər kəs agahdır və ermənilərin bazardan qovulması faktı Moskvadakı həmvətənlərimizin, daha konkret desək, professor, iş adamı İlham Rəhimovun Tovuz istiqamətindəki hadisələrlə bağlı Azərbaycan xalqı ilə həmrəylik nümayişi kimi təqdim olunur. Əks fikirdə olanlar, ermənilərin bu addımdan bəhrələnərək, Azərbaycanı barışmaz millətçi siyasətdə günahlandırmalarına əsas yaratdığını söyləyənlər də var.
Lakin istənilən halda azərbaycanlı iş adamlarının bu addımı təqdirəlayiqdir, alqışlanmalıdır.
Bunula belə, İlham Rəhimov və şəriklərinin bu qərarının Azərbaycanın Ermənistanla təbliğat, informasiya savaşına hansı yöndə təsir etməsini bir kənara qoyaraq, məsələyə bir başqa prizmadan yanaşmağın da yeridir. Sual olunur: Axı azərbaycanlılara məxsus ticarət mərkəzində indiyədək ermənilərin nə işi var idi?!
İlham Rəhimova və onun Azərbaycandan olan yəhudi əsilli şəriklərinə məxsus olan həmin bazar uzun illərdir fəaliyyət göstərir və ermənilər orada demək olar onun yarandığı ilk gündən ticarətlə məşğul olurlar. Nədən indiyə kimi, yəni sərhəddəki son gərginliyə qədər “Food City”-də ermənilərə “gözün üstə qaşın var” deyən yox idi?
Ermənilər az qala 30 ildir Qarabağı və ətraf rayonları işğal altında saxlayır və elə İlham Rəhimovun doğma rayonu olan Tovuz da tez-tez işğalçının atəşinə, diversiya cəhdlərinə məruz qalır. Yəni erməni üçün Qarabağla Tovuzun, yaxud Qazaxın fərqi yoxdur, o, Azərbaycanın, azərbaycanlının düşmənidir. Deməli, mövcud situasiya tələb edir ki, bizim üçün də erməninin hansı ərazimizə, hansı rayonumuza təcavüz etməsinin fərqi olmasın. Gözləməməliyik ki, məhz hansımızınsa doğulub boya-başa çatdığı kəndə güllə, top atılsın, şəhidlər verək, ondan sonra hərəkətə keçək. Eyni yanaşma İ.Rəhimov da daxil olmaqla, digər imkanlı və imkansız həmvətənlərimizə də aid olmalıdır.
İstər-istəməz sual yaranır ki, İ.Rəhimov əgər doğrudan da bu cür addımı Rusiya hökumətinin hər hansı təzyiqindən çəkinmədən, buna razılıq almadan ata bilirdisə, niyə indiyə qədər atmırdı? Bunu erməni məhz Tovuzu atəşə tutduğu üçün yox, Şuşa, Kəlbəcər, Laçın, Ağdam və digər rayonlarımız işğalda olduğu üçün, yəni ki, çoxdan etmək olardı. Çünki o bazardakı hər bir erməninin qazandığı pulun cəbhədə bizim əsgərimizə güllə atan erməni əsgərinin geyimindən tutmuş yeməyinə, silahına qədər hər cür təminatında payı var.
“Ermənistan bizim Vətənimizi atəş altında saxlamağa cəhd edirsə, nə erməni iş adamının, nə diplomatının ayağı bizim obyektdə olmayacaq. Haqq etdikləri münasibəti gördülər, çıxıb getdilər.”
Bunu İ.Rəhimov deyib.
Çox gözəl. Amma professoru yerliçilikdə və s. günahlandırmadan, sadəcə xatırlatmaq istərdik ki, Vətən təkcə Tovuz yox, həm də işğal olunan Qarabağ və digər 7 rayonumuzdur. Və Azərbaycanın çörəyini yemiş, suyunu içmiş hər kəs bölgəsindən və milliyətindən asılı olmayaraq, bunu unutmamalı, bəlanın onun kəndinə, evinə, ailəsinə toxunmasını gözləməməlidir!...
“AzPolitika.info”
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur