İqbal Ağazadə yeni müavinlər təyin edib

img

23-10-2013 [16:09]


Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə yeni müavinlərini təyin edib. Partiyanın mətbuat xidmətindən mia-ya daxil olan məlumatda bildirilir ki, İ.Ağazadə bununla bağlı sərəncam imzalayıb. Partiya rəhbərinin imzaladığı sərəncamlara əsasən, Nəsimi Məmmədli İcra Aparatının rəhbəri, Könül Quliyeva Ailə, Qadın və Uşaq problemləri, Taleh Əliyev Seçki və Təbliğat məsələləri, Rüfət Muradov Xaricdə Yaşayan Həmvətənlər və Diaspor üzrə sədr müavinləri, Rizvan Talıbov Yerli İdarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin ediliblər.Məlumatda o da qeyd olunub ki, deputat İ.Ağazadənin yeni sərəncamlar verəcəyi də gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA