Müdafiə Nazirliyi: "Qan Bankında bütün qan qruplarının ehtiyatı var"

img

16-07-2020 [14:01]


Son günlər sosial şəbəkələrdə saxta profillər yaradılaraq guya yaralılara kömək məqsədilə müxtəlif qan qruplarından qana ehtiyacın olması barədə məlumatlar yayılır.

Müdafiə Nazirliyindən Mia.az-a bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir, yalandır, məqsədyönlü şəkildə yayılır və təxribat xarakteri daşıyır.

Gəncə Hərbi Hospitalının rəisi tibb xidməti polkovnik-leytenantı Hüseyn Qaçayev Gəncə Hərbi Hospitalının özünün Qan Bankında bütün qan qruplarından ehtiyatın olduğunu qeyd edib. O deyib ki, hazırda qanla əlaqədar heç bir çətinliyimiz yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR