Sabirabadda qonşu qonşusunu əvvəl daşla, sonra güllə ilə vurdu

img

14-07-2020 [14:02]


Sabirabadda xuliqanlıq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, iyulun 13-ü Sabirabad rayonunun Əhmədabad kəndi ərazisində kənd sakini Q.İsgəndərov xuliqanlıq zəminində qonşusu N.Səftərovun baş nahiyəsinə daşla xəsarət yetirib və ov tüfəngindən açdığı atəşlə ayaq nahiyəsindən xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilən N.Səftərovun vəziyyəti qənaətbəxşdir.

Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Q.İsgəndərov saxlanılıb və ondan müvafiq sənədləri olmayan 1 ədəd “TOZ-16” markalı tüfəng götürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA