Rövşən Qəmbərdən orijinal təklif

img

22-10-2013 [21:12]


Hazırda Almaniyada yaşayan Dünya Azərbaycanlıları Məclisi - DAM sədri Rövşən Qəmbər mia-ya özünün yazılı müraciətini yollayıb. R.Qəmbər müraciətində Cəmil Həsənlinin Milli Şura sədri seçilməsi haqda çağırış edir. Müraciəti deyilir:

"Əziz və ədalətsevər dostlar.

Oktyabrın 21-də Müsavat Partiyasının qərargahında Cəmil Həsənlinin mətbuat konfransındakı çıxışı və jurnalistlərin suallarına cavabı göstərdi ki, 20 illik seçki saxtakarlıqlarından sonra narazı elektoratın haqlarını qoruyan tarixçi professor Cəmil Həsənli bütün vətəndaşlarımızın demokratik qüvvələrinin çox ləyaqətli vəkilidir. Cəmil Həsənli inkişaf prosesində olan Milli Şuranın indiki mərhələdə lideri olmaq səviyyəsində ən ləyaqətli ziyalı vətəndaşımızdır və bütün dünyadakı ədalətsevər vətəndaşlarımızı da işbirliyinə cəlb edə bilən şəxsiyyətdir. Bu səbəbdən təklif edirəm ki, Milli Şura üzvlərinin və bütün dünyadakı vətəndaşlarımızın çox böyük əksəriyyətinin etibarını və rəğbətini qazanmış Cəmil bəy Həsənli Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) növbəti sessiyasında qurumun sədri seçilsin. Azərbaycanın yeni tarixində ən böyük müxalifət təşkilatının qurulmasındakı böyük xidmətlərinə görə isə Rüstəm İbrahimbəyov DQMŞ-nin fəxri üzvü (və ya fəxri sədri) seçilsin.”

R.Qəmbər MŞ-nın növbəti sessiyasının internet üzərindən canlı yayımını da təklif edir: ""Məhsul” stadionunda Milli Şuranın təşkil etdiyi mitinqləri AzadlıqRadiosu canlı yayımla verirdi. Bütün dünyadakı soydaşlarımız orda çıxış edən ədalətsevər şəxsiyyətlərin fikirlərini, çıxışlarını eşidirdi. Onda olduğu kimi Milli Şuranın növbəti sessiyasının da dünyanın bütün ölkələrindəki azərbaycanlılar tərəfindən izlənməsinə yardım edəsiniz. Hətta sessiya zamanı əgər www.PalTalk.com vasitəsiylə qoşulanlar olsa, 50 milyonluq millətimizin imkanı olan hər bir üzvü də müzakirələrə təklif və arzularını yaza bilərlər. Azərbaycanın demokratik hüquqi dövlətləşməsi prosesi hər gün, hər an davam edir və bütün qanunsevər dostlarımızın, ədalətsevər vətəndaşlarımızın konstruktiv məsləhətlərinə ehtiyacımız var. Lütfən, ideyalarınızı facebook qruplarımızda paylaşın.”

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA