Futbolçunun qardaşı güllələndi

img

13-07-2020 [14:00]


İngiltərənin "Tottenhem" klubunun futbolçusu Serj Oryonun qardaşı Kristofer Oryo güllələnib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, hadisə səhər saatlarında Fransanın Tuluza şəhərindəki gecə klubunun yaxınlığında baş verib.

Onu xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmayıb. K. Oryo 26 yaşında vəfat edib.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, Kristofer Oryo həvəskar liqada çıxış edirdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR