Deputat seçilən şəxslərin pensiya məsələsi qaldırılıb

img

22-10-2013 [13:43]


Milli Məclisin bu günki iclasında 1995-ci ildə deputat seçilən şəxslərin pensiya məsələsi qaldırılıb.

Millət vəkili Siyavuş Novruzov bildiirb ki, 1995-ci ildə Milli Məclisə seçilən şəxslər müraciətlər edirlər və pensiya problemindən şikayət edilər. Çünki 1995-dən bu yana seçilən deputatların hamısı indiki əmək haqqının 80 faizini pensiya kimi ala bilirlər. Amma 1995-ci ildə seçilənlər bu pensiyanı ala bilmirlər. Səbəb hazırda müzakirə edilən "Sosial sığorta haqqında" qanundur. O, əlavə edib ki, prezident seçkiləri zamanı gördük ki, bəziləri gedib sənəd saxtalaşdırıb və daha yüksək pensiya alırlar: "Amma uzun illər qanunvericilik yaradıcılığı ilə məşğul olan şəxslər bunu ala bilmirlər. Mən xahiş edirəm ki, bu məsələni Sosial Siyasət komitəsinə tapşırasınız ki, məsələni diqqətə alıb çıxış yolu tapsın. Onsuzda onların saylı 30-35 nəfərdir”.

Sabir Rüstəmxanlı da, Siyavuş Novruzovu dəstəkləyib, bu problemi həm də humanitar fəlakət adlandırıb: "Mən hesab edirəm ki, millət vəkili olan şəxslər arasında fərq qoymaq olmaz. Daha bir məsələdə ölkənin müstəqilliyinə səs verən deputatlarla bağlıdır. Onlarda deputat kimi təqaüd ala bilmirlər. Deputat olmuş şəxslər bunun üçün məhkəməyə müraciət edilər, amma nəticəsi olmur. Xahiş edirəm bu məsələni də nəzarətə götürəsiniz”.

Oqtay Əsədov isə bildirib ki, məsələ haqda məlumatlıdır, problemin hüquqi həllinin mexanizmi yoxdur: "İndi baxıb görərik məsələni necə həll etmək olar”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA