Lalə Şövkət Milli Şuradan istefa verib

img

22-10-2013 [13:30]



"Lalə Şövkət Milli Şuradan istefa verib”. Bunu APAya açıqlamasında Azərbaycan Liberal Partiyasının (ALP) sədri, Milli Şuranın üzvü Əvəz Temirxan deyib.

Onun sözlərinə görə, ALP lideri Lalə Şövkət hələ prezident seçkilərindən əvvəl Milli Şuradan istefa verib: "Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin namizədliyi irəli sürüləndən sonra Lalə Şövkət Milli Şuradan istefa verdi. Lakin seçkiqabağı kampaniya olduğundan, Cəmil Həsənlinin kampaniyasına zərər vurmamaq üçün Lalə Şövkətin istefa məsələsini qabartmadıq”.

Ə. Temirxan L. Şövkətin Mili Şuranı tərk etməsi, yaranan narazılığın səbəbləri barədə danışmaq istəməyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA