Hakimiyyətdən müxalifətə mitinq fəndi: "Məhsul" stadionu təmirə dayandırılır

img

21-10-2013 [16:42]


Son günlər Bakıda mitinqlərin keçirildiyi "Məhsul" stadionu təmirə dayandırılır. MİA xəbər verir ki, bu barədə Qaynar.info-ya etibarlı mənbədən məlumat daxil olub. Məlumata görə stadionun təmirə dayandırılması əslində formal xarakter daşıyır: "Son zamanlar bu stadion mitinqlərin keçirildiyi yer kimi tanındı. Şəhərin mərkəzində və metronun "İnşaatçılar" stansiyasının yaxınlığında olması səbəbindən bu ərazidə olan mitinqlər daha izdihamlı keçdi. Bu da əlbəttə ki, hakimiyyət nümayəndələrinin ürəyincə deyildi. Bayıl qəsəbəsində keçirilən mitinqlərə müxtəlif vasitələrlə mane olurdular. Həmçinin yol uzaq olduğundan gələn adamların sayı az idi. Ona görə də mitinqlərin şəhərin mərkəzindən keçirilməsini əngəlləmək üçün stadionu təmirə bağlamaq istəyirlər".

Xatırladaq ki, Milli Şura həm prezident seçkisi öncəsi, həm də seçkidən sonra "Məhsul" stadionunda bir neçə mitinq keçirib. Oktyabrın 27-ə isə "Tələb edirik" şüarı ilə mitinq təyin edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA