Azərbaycanlı dünya və Avropa çempionu 22 yaşında öldü

img

06-07-2020 [13:37]


Azərbaycan idmanına itki üz verib.

"Report"un məlumatına görə, dünən gecə qəflətən halı pisləşən zorxana ustası Rüfət Gülaliyev vəfat edib.

Qeyd edək ki, əslən Laçın rayonundan olan Rüfət Gülalıyev 1998-ci ildə anadan olub. O, ali təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında alıb. Zorxana ustası Avropa və dünya çempionluğundan əlavə, IV İslam Həmrəyliyi Oyunlarında 1 qızıl və 1 gümüş medal qazanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR