"Qardaşim məni el arasında biabır etdi, insanların içinə çıxa bilmirəm" - İstefa verən İcra başçısının müavini

img

02-07-2020 [10:42]


Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini Aydın Hacıyev istefa verməsindən danışıb. 

Mia.az xəbər verir ki, A.Hacıyev “MediaPost”a açıqlamasında istefa verməsi xəbərini təsdiqləyib: 

“Bəli, mən vəzifəmdən azad olunmağım üçün ərizə yazmışam. Qardaşım narkotiklə həbs olunmaqla məni el arasında biabır etdi. İnsanların içinə çıxa bilmirəm. Bu olaylardan sonra kimin üzünə baxa bilirəm ki!”.

A.Hacıyev bildirib ki, qardaşının narkotik alverçisi olmasından xəbərsiz idi:

“Sağlıq olsun, qarşıdakı günlərdə hər şey bilinəcək. Amma mövcud durumda mən heç nə bilmirəm. Ona görə də, icra başçısına ərizə yazaraq vəzifəmdən istefa vermişəm”.

Qeyd edək ki, A.Hacıyevin qardaşı 1968-ci il təvəllüdlü Babək Hacıyev polisin 25 iyul tarixində keçirdiyi əməliyyat zamanı külli miqdarda narkotik maddə ilə saxlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR