Prezident Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin etdi - Sübhan Bəkirov kimdir?

img

29-06-2020 [21:55]


Müdafiə Nazirliyində yeni kadr təyinatı olub.

Bununla bağlı müvafiq sərəncam imzalanıb. 

Sərəncama əsasən, kontr-admiral Sübhan Kamal oğlu Bəkirov Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edilib.

O, bundan əvvəl Hərbi Dəniz Qüvvələri komandanının müavini vəzifəsində işləyib.

Qeyd edək ki, Prezident İlham Əliyevin iyunun 25-də imzaladığı sərəncam ilə S.Bəkirova kontr-admiral ali hərbi rütbəsi verilib.

Xatırladaq ki, Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini bir neçə il idi 1-ci dərəcəli kapitan Zaur Hümmətov icra edirdi/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:26 05.07.2025

Sabah yağış yağacaq