ABŞ səfirliyi Fərhad Əliyev haqda açıqlama yaydı

img

18-10-2013 [11:59]


ABŞ-ın Azərbaycandakı səfirliyi sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyevin əfvini alqışlayıb.

APA məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyin yaydığı bəyanatda deyilir: "Biz Fərhad və Rafiq Əliyevlərin əfvi və azadlığa buraxılmasından məmnun olduq. Ümid edirik ki, Azərbaycan hakimiyyəti daha böyük siyasi meydan yaratmaq üçün daha çox aktivisti və jurnalisti azad edəcək".

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 14-də Əfv sərəncamı imzalayıb. Sərəncam ümumilikdə 153 məhkuma şamil olunub. Cəzasının çəkilməmiş hissəsindən azad olunanlar arasında keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun qardaşı, "Azpetrol” şirkətinin keçmiş prezidenti Rafiq Əliyev də var. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA