Jirinovski Orxan Zeynalovla bağlı müsahibə verdi: “Ciblərində yaxşı pul var..."

img

18-10-2013 [11:55]



Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Azərbaycan vətəndaşı Orxan Zeynalov ətrafında baş verənlər və miqrant məsələsi ilə bağlı "Kommersant” qəzetinin suallarını cavablandırıb.

Mia.az Publika.az-a istinadən həmin müsahibəni ixtisarla təqdim edir. 

-Moskvalı Yeqor Şerbakovun qətlində şübhəli bilinən azərbaycanlı Orxan Zeynalov həbs olundu və böyük ehtimalla onun haqqında həbs qəti-imkan tədbiri seçiləcək. Siz dünən qətl baş verən yerdə olmusunuz. Siz niyə ora gəldiniz?

-Milli məsələ Rusiyanın Liberal Demokratik Partiyası üçün əsas mövzudur. Mən 1991-ci ildə prezidentliyə namizəd olanda da mənim proqramımın əsas şüarı "Mən rusları müdafiə edəcəyəm” idi. Heç də hamı hər şeyi anlamırdı, problem nədir, rusları nədən müdafiə etmək lazımdır?. Budur 22 il keçdi. Əgər mən o vaxt prezident olsaydım, Yeqor Şerbakovu öldürməzdilər və on minlərlə, yüz minlərlə insan həlak olmazdı. Mən insanlarla danışmaq üçün, həqiqəti bilmək üçün hadisə yerinə getdim. Axı çoxları bütün informasiyanı təhrif edirlər.

-Məsələn, hansı informasiya təhrif edilib?

-Məsələn, hadisənin səbəbləri. Radiolardan birinə zəng ediblər ki, bu qətl hadisəsinə xüsusi diqqət ayırmaq lazım deyil. Anlayırsınız, bu artıq tamamilə xəstə olan insandır. Bu hadisəni hamı məişət hadisəsinə yaxınlaşdırmağa çalışır. Mən hadisə yerində oldum. Gələnlər qadınlara daim sataşırlar. Bu problemdir. Gələnlər əsasən gənclərdir, çoxunun yaşı 30-a qədərdir. Onlarda burada öz ailəsi yoxdur, bir çoxları ümumiyyətlə subaydır. Onların çoxu da müsəlmandır. Ciblərində yaxşı pul var, amma gəzdiklər qız, rəfiqələri yoxdur. Hadisənin əsas səbəbi bu xalqlar arasında yığılmış nifrətdir.

-Bu nə vaxt başladı?

-Sovet hakimiyyətinin birinci illərindən. Yenə təkrarlayıram, birinci səbəb xalqlar arasında yüz il ərzində yığılmış nifrətdir.

-Yaxşı, səbəblər bizə aydındır. İndi yerli əhalinin reaksiyasına toxunaq. Biryulevo rayonunda baş verənləri talan adlandıra bilərikmi?

-Xeyr.

-Nə idi bu?

-Bu etirazdır. Bir halda ki, gənclər iştirak edirdi, davalar, pəncərələrin qırılması, maşınların çevrilməsi həmişə müəyyən edilmiş ekspressiyadır. Məsələn, Avropanı götürün.

-Yəni, siz onları haqlı hesab edirsiniz?

-Haqlı hesab etmirəm. Amma bunu talan adlandırmaq lazım deyil.

-Necə adlandırmaq lazımdır?

-Avropada maşınlar yandırırdılar, vitrinləri sındırırdılar. Bu talan idi? Xeyr. Talan Kişinyovda olmuşdu, bu yəhudilərə qarşı talan idi. Mən hadisə yerində oldum. Qadınlar, kişilər, gənclər, yaşlılar mənə "buraları qaralardan təmizləyin" deyirdilər. Onları "qaralar”, ya da "metal parçaları” adlandırırlar. Bu söz sovet hakimiyyətindən gəlir. Çünki, onlar kobudluq edirlər, qadınlara sataşırlar, qarət edirlər. Yəni, Biryulevo Biryulyevoda insanlar daxili işğalda idilər. Nə küçəyə çıxa, nə işləyə, nə də yaşaya bilirlər. Axı Yeqor Şerbakovun qətli birinci deyil.

-Noyabrın 4-də Liberal-Demokratik Partiyası Biryulevoda mitinqi keçirməyi planlaşdırır? İnsanlara nə deyəcəksiniz, nələri təklif edirsiniz?

-İlk olaraq Orta Asiya və Cənubi Qafqaza pul köçürmələrini qadağan edirik.Təbii ki, bu təsir etməyəcək, onlar "qara kassa”nı təşkil edəcəklər. Bundan sonra biz sahibkarlara tapşırırıq ki, onları işə götürməsinlər.Bu halda tərəvəz bazası miqrantları işə götürməyəcək, tikintilər olmayacaq. Gəlin ondan başlayaq ki, qatarlar ləğv edirik: Düşənbə-Moskva, Daşkənd-Moskva, Bişkek-Moskva və sair. Artıq çoxları bahalı təyyarə ilə getməyəcəklər. Daha sonra əcnəbilərə kirayə evi verməyi qadağan edirik.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA