Söyun Sadıqov Polad Bülbüloğluna qarşı çıxdı: "Fikirləşməlidir ki,..."

img

18-10-2013 [10:36]


"Belə isterika yaratmaq lazım deyil. Yaxşı olardı ki, Azərbaycan hökuməti öz vətəndaşlarının qeydinə qalsın”.

Mia.az Amerikanın Səsinə radiosuna istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti nəzdində Millətlər Şurasının üzvü Söyün Sadıqov bildirib.

O, qətldə ittiham olunan Orxan Zeynalovun ətrafında yaranmış qalmaqalı şərh edərək bəyan edib ki, Rusiyada bəzi radikal qüvvələr situasiyadan sui-istifadə etməyə çalışırlar: "Həmin bu qüvvələr ajiotaj yaratmaqla göstərməyə çalışırlar ki, Vladimir Putin hökuməti ölkəni idarə edə bilmir və miqrantlar Rusiyanı zəbt etmək üzrədirlər. Bu səbəbdən də Rusiya rəsmiləri ictimaiyyətə göstərməyə çalışırlar ki, hər şey nəzarət altındadır".

Söyün Sadıqov bildirib ki, Rusiya rəsmiləri ümumilikdə azərbaycanlı ticarətçilərin hüquqlarını pozmur və onlara öz doğma yurdlarından fərqli olaraq sərbəst biznes aparmaq üçün şərait yaradıb.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun bəyanatlarını şərh edən icma lideri deyib ki, Azərbaycan rəsmiləri bu olaydan siyasi xalq qazanmaq üçün istifadə edirlər: "Onlar Azərbaycan vətəndaşının yanında hər gün olmalıdırlar. Fikirləşməlidir ki, orada çoxlu azərbaycanlı yaşayır”.

Söyün Sadıqov qeyd edib ki, Azərbaycan hökumətinin Rusiyada yaşayan miqrantlar üçün şəraiti yaxşılaşdırmağa da xeyli imkanları var, lakin rəsmilər bunu etməkdənsə, daha çox gurultulu bəyanatlar verməyi üstün tuturlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA