16-10-2013 [18:26]
Hakim düşərgə prezident seçkilərindəki qələbəsini qeyd etsə də, müxalifət seçkinin nəticələrinin saxta-laşdırıldığını iddia edir. Xüsusən də aparıcı müxalifət qüvvələrinin bir araya gəldiyi Milli Şura total saxtakarlığın olduğunu bəyan edərək, seçkinin hakimiyyət namizədinin xeyrinə saxtalaşdırıldığını bildirir. Bəzi beynəlxalq müşahidəçilərin də seçkidə qanun pozuntularının baş verdiyini bəyan etmələri müxalifətin bu mövqeyini bir qədər də gücləndirib. Milli Şuranın üzvü, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə təmsil olunduğu düşərgənin bundan sonrakı mübarizə taktikasından danışıb:
- Budəfəki prezident seçkiləri azad və ədalətli keçirilmədi. Seçkilərin ədalətli keçirilməsini iddia etmək üçün ölkədə normal demokratik seçkiqabağı şərait, demokratik seçkilər keçirmək üçün müvafiq qanun-vericilik bazası olmalı, iddiaçı tərəflərə bərabər imkanlar yaradılmalı, eyni zamanda, seçki günü saxtakar-lıqlara yol verilməməlidir. Təəssüf ki, seçkinin demokratik keçirilməsi üçün lazım olan bu dörd amilin heç biri Azərbaycanda olmadı. Ona görə də bu seçkiləri azad və ədalətli saymırıq.
- Budəfəki seçkiləri bir sıra beynəlxalq təşkilatların nümayəndələri də müşahidə edirdilər. Beynəlxalq müşahidəçilərin qiymətləndirməsini necə dəyərləndirirsiniz?
- Azərbaycan hakimiyyəti seçkilərin nəticələrinin müsbət dəyərləndirilməsi üçün seçkilərdən əvvəl çox geniş iş aparmışdı və bu məqsədlə dünyanın müxtəlif ölkələrindən müşahidəçilər dəvət olunmuşdu. Bu müşahidəçilərin bir çoxunu etibarlı mənbə kimi qəbul etmək bir qədər çətindir. Azərbaycanda olan 1400 beynəlxalq müşahidəçinin 1000-dən artığı faktiki olaraq, ölkəyə seçki turisti kimi gəlmişdi və onların bu seçkidən sonra ifadə edəcəkləri məntləri yəqin ki, Azərbaycan hakimiyyəti ilə əvvəlcədən razılaş-dırmışdılar. Azərbaycanda real müşahidə missiyası bütün dünya birliyi tərəfindən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna həvalə olunmuşdu. Hesab edirəm ki, bu qurumun seçkilərlə bağlı mövqeyi kifayət qədər obyektiv və sərtdir. Müqayisə üçün deyim ki, Ukraynada keçirilən və ATƏT tə-rəfindən tənqid olunduqdan sonra "Narıncı inqilab"a səbəb olan rəyi, Azərbaycandakı seçkilərə rəyin-dən daha yumşaq idi. Yəni, ATƏT-in bu rəyi kifayət qədər sərt və birmənalıdır.
ATƏT Azərbaycandakı seçkiləri müşahidə edərkən o qənaətə gəlib ki, seçki məntəqələrinin 58 faizində səssayma prosesi pis və ya çox pis həyata keçirilib. Bu sayda seçki məntəqələrində qanun pozuntularının olmasını demək, əsində, seçkinin nəticələrini tanımamaqdır. Bu baxımdan, beynəlxalq müşahidəçilərin real olaraq, bütün dünya tərəfindən qəbul olunan hissəsinin seçkilərin nəticəsinə obyektiv münasibət bildirdiyi qənaətindəyəm. Eyni zamanda, seçki müşahidəsi ilə bağlı AŞ PA-nın Müşahidə Missiyası da ciddi görünür. Əslində isə, AŞ PA nəinki bu seçkilərdə, ümumiyyətlə, Azərbaycanda gedən proses-lərlə əlaqədar çoxdan özünü ifşa edib, bu qurumun öz funksiyalarının yerinə yetirmədiyi aşkara çıxıb. Ona görə də onların seçkilərlə bağlı mövqeyini qeyri-obyektiv, real nəticələri əks etdirməyən bir mövqe hesab edirəm.
- Ancaq böyük dövlətlərin liderləri, Rusiya prezidenti Putin, ABŞ prezidenti Obama və digər ölkə rəh-bərləri də qalibi təbrik ediblər. Bu, seçkinin legitimliyi demək deyilmi?
- Seçkilərlə əlaqədar hətta Azərbaycanın seçki qurumlarının qərarları yoxdur. Konstitusiya Məhkəməsinin bu barədə qərarı olmadan heç kimi seçkilərin nəticəsində qalib hesab etmək düzgün deyil. Sadəcə olaraq, bəzi dövlətlərin rəhbərləri müəyyən diplomatik maraqlar naminə bu cür addımlar atırlar. Şəxsən mən, bu addımları ölkədə gedən seçki prosesinə adekvat hesab edirəm.
- Əslində seçkinin nəticələri necə olmalı idi?
- Əminəm ki, seçkiyə öz iradəsi ilə gedən seçicilərin əksəriyyəti Milli Şuranın namizədi Cəmil Həsənliyə səs vermişdi.
- O fikirlər də səslənir ki, Milli Şura seçki kampaniyasını və seçki günü müşahidə prosesini düzgün qura bilmədiyi üçün bu cür nəticələr ortaya çıxıb...
- Mən bu mövqeyi subyektiv sayıram. Çünki Milli Şura və Cəmil Həsənlinin Seçki Qərargahı faktiki ola-raq, seytnot vəziyyətində işləmək məcburiyyətində idi. Çox ciddi maliyyə və vaxt çatışmazlığına baxma-yaraq, Cəmil Həsənlinin Seçki Qərargahı 100 mindən çox təşviqat bukletini qapı-qapı gəzərək seçicilərə çatdırdı, digər təbliğat materialları çap olundu. Cəmil Həsənlinin televiziya çıxışları kifayət qədər uğurlu oldu və ölkədə əks-səda doğurdu. Seçki günü də minlərlə müşahidəçimiz seçki məntəqələrində yol ve-rilən qanun pozuntuları və saxtakarlıqları aşkara çıxardılar. Bu baxımdan, seçki işinin təşkilinin yüksək səviyyədə həyata keçirildiyi qənaətindəyəm. Sadəcə, Azərbaycanda mövcud olan anti-demokratik mühit, siyasi partiyaların normal fəaliyyətinə imkan verilməməsi, siyasi müxalifətin hər yerdə təqib olun-ması, seçki komissiyalarının bütövlükdə Azərbaycan hakimiyyətinin nəzarətində olması bu cür subyek-tiv fikirlərin ortaya çıxmasına səbəb olur və Cəmil Həsənlinin təbliğat işinin lazımi səviyyədə qurulmadığı görüntüsünü yaradır.
- Seçkidə iştirak edən namizədlərin əksəriyyəti artıq qalibi təbrik ediblər. Ќamizədlərin seçkinin nəticələrinə münasibətini necə qiymətləndirirsiniz?
- Hesab etmirəm ki, namizədlər seçkidən sonra vahid mövqedən çıxış ediblər. Hər halda, İlyas İsmayılovun, Sərdar Cəlaloğlunun, İqbal Ağazadənin seçki komandasının seçkilərlə əlaqədar mövqeyi digər namizədlərin mövqeyindən fərqlənir.
- İqbal Ağazadə də, Sərdar Cəlaloğlu da məğlubiyyətlərini etiraf ediblər. Düzdür, Sərdar Cəlaloğlu ADP sədrliyindən istefa verdi, İqbal Ağazadənin partiyasında istefalar oldu. Bu proses nəyin nəticəsidir?
- Açıq-aşkar görünür ki, bu seçki kampaniyasında qeyd olunan namizədlərin bir çoxu heç də prezidentlik uğrunda mübarizə aparmırdı. Bəziləri konkret olaraq, bugünkü hakimiyyətin müdafiəçisi rolunda çıxış edirdi, bəziləri də prezident seçilmək yox, digər siyasi maraqlarını təmin etmək üçün prosesdə iştirak edirdilər. Bu baxımdan, namizədlərin seçkilərdə iştirakının motivləri də fərqlənirdi. Bu namizədlərin seçkinin nəticələrinə verdiyi qiymətin fərqlənməsi də bununla bağlıdır.
- Arif bəy, artıq seçki arxada qaldı. Milli Şuranın bundan sonrakı fəaliyyəti necə olacaq? Seçkiyə hədəf-lənmiş Milli Şuranın buraxılması gündəmə gələcəkmi?
- Biz seçkilərdən dərhal sonra nəticələrə qiymət verdik və bu barədə ilkin rəyi açıqladıq. Bu rəy həm Azərbaycan xalqının, həm də dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Eyni zamanda, biz seçkidə baş verən proseslərlə bağlı seçki günü press-relizlər yaymaqla yol verilən saxtakarlıq və qanun pozuntuları barədə ictimaiyyəti məlumatlandırdıq. Oktyabrın 12-də seçki mövzusunda mitinq keçirdik və orda bu barədə danışıldı. Cəmil Həsənlinin Seçki Qərargahı tərəfindən seçkilərdə yol verilən saxtakarlıq və qa-nun pozuntuları ilə əlaqədar çoxsaylı faktları əks etdirən şikayət ərizəsi Mərkəzi Seçki Komissiyasına təqdim olundu. Bu şikayətə respublikanın demək olar ki, hər yerindən müşahidəçilər, məşvərətçi səs-hüquqlu komissiya üzvləri tərəfindən imzalanmış şikayət ərizələri əlavə edilib. Biz bundan sonra da bu istiqamətdəki fəaliyyətimizi davam etdirmək niyyətindəyik. Sonrakı addımlarımız isə əsasən Azərbaycan cəmiyyətinin 9 oktyabrda baş verən hadisəyə münasibətinə uyğun olacaq.
- Aparıcı müxalifət sonuncu dəfə 2003-cü ildə prezident seçkilərində iştirak edirdi. Həmin seçkinin səhə-risi nəticələrdən narazı olanlar daha çox idi, daha aktiv idi, amma bu dəfə həmin əhval-ruhiyyə yoxdur. Bunu nə ilə əlaqələndirirsiniz?
- 2003-2005-ci il seçkilərində müxalifətin resursları indikindən çox idi. Bu illər ərzində Azərbaycan haki-miyyəti müxalifətin resurslarını kifayət qədər məhdudlaşdırıb, ölkədə siyasi partiyaların, müstəqil medi-anın fəaliyyətinə məhdudiyyətlər daha da artıb, vətəndaş cəmiyyəti faktiki olaraq, öz funksiyalarını həyata keçirmək imkanından məhrum edilib. Ancaq bütövlükdə Azərbaycan cəmiyyətinin davranışının ciddi dəyişməsi qənaətində deyiləm.
Biz 2003-cü ildə də seçicilərin əksəriyyətinin səsini almağa nail olmuşuq. Əminəm ki, bu il də öz iradəsi ilə seçkilərdə iştirak edənlərin əksəriyyəti Cəmil Həsənliyə səs veriblər. Ancaq 2003-cü ilə nisbətən 2013-cü ildə seçici fəallığı az oldu. Bu da Azərbaycan cəmiyyətində bir tərəfdən siyasi dəyişikliklərə inamın azalması, digər tərəfdən isə seçki yolu ilə demokratik dəyişikliklərin olmasına inamın qırılması ilə bağlıdır.
- Məlumdur ki, Milli Şurada müxalifətin müxtəlif qütbləri bir araya gəlib. Artıq seçki başa çatıb, birliyi bundan sonrakı proseslərdə qoruyub saxlamaq mümkün olacaqmı?
- Hazırda bu məsələlər ətrafında ciddi müzakirələr gedir. Yəqin ki, yaxın günlərdə müxalifətin bundan sonrakı fəaliyyət istiqamətləri ilə bağlı konkret qərarlar qəbul edilərək ictimaiyyətə təqdim olunacaq.
- Milli Şuranın fəaliyyətindən narazı olan Rəsul Quliyev seçkidən sonra hakimiyyətin qələbəsinin legitim olduğunu bildirdi və bu məsələdə Sizi suçladı. Bu barədə nə deyə bilərsiniz?
- Bu məsələlər müzakirə olunacaq. Seçki kampaniyası dövründə, xüsusilə də təşviqat kampaniyası müddətində bir çox siyasi sapmalara göz yummuşuq. Sözsüz ki, bu sapmalara seçkidən sonra qiymət veriləcək. Hesab edirəm ki, müxalifətin birliyi qorunub saxlanacaq. Amma bu birlik indikindən qat-qat təmiz, sağlam və səmərəli olacaq. İsa Qəmbərin hələ ilin əvvəlində dediyi kimi, seçki müddətində çox maskalar cırıldı, bir çox adamların reallıqda hansı mövqedə olduqları aşkarlandı. Əminəm ki, bu sıqan-dan kimin hansı şəkildə çıxması Azərbaycan cəmiyyətinə məlumdur. Düşünürəm ki, bundan sonrakı müxalifətin birliyi məhz bu seçki kampaniyası dövründə siyasi qüvvələrin və ayrı-ayrı fərdlərin davranı-şına uyğun olaraq formalaşdırılacaq.
- Belə çıxır ki, qarşıdakı dövrdə Milli Şurada müəyyən təmizləmə işi gedəcək?
- Milli Şuranın bəzi üzvləri var ki, ümumiyyətlə, qurumun fəaliyyətində iştirak etmirlər. Bəzi üzvlər də, seçki kampaniyası dövründə Milli Şuranın namizədi Cəmil Həsənlini müdafiə etməyib, onların fəaliyyəti, açıqlamaları bütövlükdə Milli Şuranın siyasətinə uyğun gəlməyib. Bütün bu məsələlər müzakirə olunacaq və bir daha deyirəm ki, Milli Şuranın fəaliyyətində, seçki kampaniyası dövründə fədakarlıqla iştirak edən qüvvələr birliklərini seçkidən sonra da davam etdirəcəklər. Eyni zamanda, çox yəqin ki, seçki kampaniyası dövründə öz fədakarlığı, səmərəli fəaliyyəti ilə seçilən təşkilatlar, qurumlar, ayrı-ayrı fərdlər təmsil olunacaqlar.
- Arif bəy, 2010-cu il parlament seçkilərindən sonra İctimai Palata yaradılaraq, təkrar parlament seçkilə-rinin keçirilməsi tələbi ilə fəaliyyətə başlanmışdı. Bundan sonra təkrar prezident seçkilərinin keçirilməsi tələbi ilə mübarizənin başlanması gündəmdədirmi?
- Artıq belə bir tələb irəli sürülüb və təkrar prezident seçkilərinin keçirilməsi tələbi ilə mübarizə başlana-caq. Bir daha deyirəm, bizim bundan sonrakı fəaliyyətimiz Azərbaycan cəmiyyətinin 9 oktyabr hadisəsinə münasibətindən asılı olcaq. Azərbaycan cəmiyyəti nə cür davranacaqsa, biz də mübarizə taktikamızı ona uyğun formalaşdıracağıq.
Zaur ƏHMƏD
İranın iki bölgəsində güclü partlayış: 5 nəfər həlak olub - Generala sui-qəsd edlib?
“Karvan-Yevlax”ın icraçı direktoru: “Buraxılmış səhvlər təkrarlanmayacaq” - Yevlaxda yeni stadion tikilir
Biznesdə yeni trend - Çinarə Ağayeva freelance və gig-iqtisadiyyatdan danışır: "Daimi iş" anlayışı dəyişir”
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Sabah hava necə olacaq? - Proqnoz
Qazi 63 yaşlı anasını öldürdü, gəlini bıçaqladı, daha sonra isə... - Goranboyda dəhşətli hadisə (FOTO)
Süleyman Mikayılov getdi, bəs İcra Hakimiyyətinə kim rəhbərlik edir?
Türkiyədə daha bir məşhur aparıcı saxlanılıb - Narkotik ittihamı ilə
“Karvan-Yevlax” azarkeşlərin üzünü güldürəcəkmi? - Baş məşqçi: “Futbolçularım fərdi səhvlər buraxır” (VİDEO)
Bakı - Brüssel: vazkeçilməz ittifaq...- TƏHLİL
Ağdamda ər arvadını baltalayıb
Bakıda Xalq artistinin oğlu döyülüb
Azərbaycan neftinin qiyməti 73 dolları ötüb
WUF13-lə bağlı iclas - Dünya parlamentlərinə çağırış olunub
Rəsulzadənin anadan olmasından 142 il ötür
Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşdü
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hikmət Hacıyevdən İranla bağlı açıqlama: "ABŞ-nin mümkün zərbəsi..." - "Azərbaycan özünü iki qlobal münaqişə arasında hiss edir"
TRAMPDAN TEHRANA DAHA BİR XƏBƏRDARLIQ: "Çoxlu gəmi göndəririk, əgər razılaşma əldə etsək..."
Prezident onları mükafatlandırdı - SİYAHI +FOTOLAR (YENİLƏNİB)
İcra başçısı vəzifədən niyə azad edildi? - Maraqlı iddia yayıldı
16 İLİN İCRA BAŞÇISI YOLA SALINDI - Prezident sərəncam imzaladı
Hacıqabulda palçıq vulkanı püskürüb
Livakoviçin yeni klubu bəlli oldu
Xələf Xələfov Pakistanda XİN başçısı ilə görüşüb - Müzakirə + FOTO
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
Ərdoğan İran XİN başçısı ilə görüşüb
“Veysəloğlu” MMC-nin layihəsi çərçivəsində “OBA MMC liderləri ilə dialoq” mövzusunda panel müzakirəsi keçirilib - FOTOLAR
Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Futbolda mərc/qumar oyunu: daha 304 məşqçi cəzalandırılacaq
Avropa Liqasının pley-off mərhələsinin püşkü atıldı - "Fənərbağça"nın rəqibi bəlli oldu
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Prezident Tədbirlər Planını təsdiqlədi - DETALLAR
DSMF KEÇMİŞ NAZİRİN PENSİYA PULUNA "QARMAQ" ATIB - 5858 manat pensiya alan sabiq nazir nədən narazıdır?
"Bunları etməyin!" - Baş Prokurorluqdan əhaliyə çağırış oldu
Riad Rəfiyev: "Yevlaxda vaxtilə məşq etdiyim meydançada gəzişdim" - "Sumqayıt"ın prezidenti Mia.az-a danışdı (VİDEO)
İran XİN başçısı Hakan Fiddanla brifinqdə: "ABŞ-la müzakirəyə hazırıq" - "Müharibə bütün bölgəyə təhlükə yaradacaq"
Çempionlar Liqası: pley-off mərhələsinin püşkü atıldı, "Qarabağ"ın rəqibi bəlli oldu
Zelenskidən Putinə açıq mesaj: "Ərazi bütövlüyümüz pozula bilməz, digər məsələlərdə isə..."
Fevral ayına olan hava proqnozu açıqlandı
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Hikmət Hacıyevlə BMT rəsmisi görüşüb
"Apple"ın satışları 3 aya 16 faiz artıb, səhmləri isə... - Hesabat