Müdafiə Nazirliyi ABŞ səfirliyini təkzib etdi

img

15-10-2013 [14:49]


Müdafiə Nazirliyi oktyabrın 14-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarla görüşündə Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı səfirin söylədikləri mətbuatda yayıldıqdan sonra səfirlik tərəfindən məlumatın dəqiq olmadığı barədə açıqlamasına münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən APA-ya daxil olan məlumatda deyilir: "Biz buna təəssüfümüzü ifadə edirik. Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, rəsmi məlumatın səfirə aid olan hissəsində heç bir təhrifə yol verilməyib, onun sözləri olduğu kimi yayılıb. Əgər səfirlik mövqeyində israr edərsə, Müdafiə Nazirliyi səfir Riçard Morninqstarın fikirlərinin audio yazısını təqdim etməyə hazırdır.

Müdafiə Nazirliyinin mətbuat xidməti görüş zamanı heç bir qeyri-dəqiqliyə və doğru olmayan fikirlərin yayılmasına yol vermədiyini bir daha bəyan edir”.  

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA