Sərdar Cəlaloğlunun istefası qəbul edilmədi

img

14-10-2013 [15:59]


Bu gün Həsrət Rüstəmovun sədrliyi ilə ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan xəbərə görə, toplantıda 9 oktyabr 2013-cü il Respublika Prezidenti seçkilərində partiyanın iştirakı və seçkilərin nəticələrinə qiymət verilib.

İclasda həmçinin partiya sədri Sərdar Cəlaloğlunun vəzifəsindən istefa verməsi ilə əlaqədar ərizəsi müzakirə edilib. Aparılmış geniş müzakirələrdən sonra partiya nizamnaməsinə uyğun olaraq sədrin istefa ərizəsi qəbul edilməyib, növbəti Qurultayın çağırılması qərara alınıb və qurultayadək partiya sədrinin, digər rəhbər qurumların öz səlahiyyətlərini davam etdirməsi məqsədəuyğun hesab edilib. Qərarda daha sonra bildirilir ki, sədrin istefa ərizəsində göstərilən tezislər, o cümlədən partiyanın ötən Qurultayında qəbul olunmuş "Konstruktivizm və siyasi dialoq” platformasının növbəti Qurultayın müzakirəsinə çıxarılması tövsiyyə olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA