Mitinqdə döyülənlər polisə çağııldı

img

14-10-2013 [14:00]


Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 12-də Bakıda keçirdiyi mitinqdən sonra polis təzyiqinə məruz qalan gənclər Yasamal Rayon Polis İdarəsinə çağırılıblar.

AXCP Gənclər Komitəsinin üzvü Türkel Əlisoy məsələ ilə bağlı "Media forum” saytına deyib: "Polis idarəsindən zəng vurub bizə dedilər ki, rəhbərlik sizinlə söhbət etmək istəyir. İdarəyə çağırılan gənclərdən Sərvər Abdulla AXCP Gənclər Komitəsinin üzvüdür. Əli Səfərli, Emil Maniyev və Anar Əkbərov isə heç bir təşkilatın üzvü deyillər. İdarədəyik, gözləyirik. Bura ATƏT nümayəndəsinin gələcəyi də gözlənilir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA