Hafiz Hacıyevin oğluna 150 minlik maşın hədiyyə edildi-Yenilənib

img

14-10-2013 [12:51]


Müasir Musavat partiyasının sədri, prezidentliyə keçmiş namizəd Hafiz Hacıyevin oğlu Rauf Hacıyevə "Mercedes Benz SLS" hədiyyə ediblər.

Bu barədə Hafiz Hacıyevin oğluna yaxın adamlar məlumat veriblər. Xəbər verən mənbə bildirib ki, ona bu hədiyyənin verilməsinə səbəb Hafiz Hacıyevin prezdentliyə namizədlər üçün ayrılmış efir vaxtında görsətdiyi "canfəşanlıq" olub.

Məlumat üçün bildirək ki, Rauf Hacıyev İqtisad Universitetinin Əmtəəşunaslıq fakültəsinə bitirib. Ona verildiyi deyilən maşının ilkin qiyməti isə150 min manatdan başlayır.(qaynar.info)

***

"Mənim oğlum 3 ay bundan öncə KİA motorsdan kreditə həm də kürəkənimin adına maşın götürüb”.

AzVision.az-a açıqlamasında bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Onun sözlərinə görə, mətbuatda haqqında yayılan məlumat tamamilə yalnışdır: "Oğlum kürəkənim adına həm də kreditə maşın götürüb. Kim istəyirsə KİA motorsa gedib yoxlada bilər. Oğlum hər ay 700 manat kredit pulu ödəyir” .

H.Hacıyev bu məlumatların yalan olduğunu söyləyib: "Hamısı tamamilə yalandır, şərdir böhtandır. O qüvvvələrdir ki seçkidə Hafiz Hacıyevə uduzublar, bundan sonra mənim ünvanıma bu cür məsələləri çıxardacaqlar, məndə bunu təbii hesab edirəm”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA