Gülağa Aslanlı həbs edilməsindən danışdı

img

13-10-2013 [22:38]


Müxalif Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin Mərkəzi Seçki Komissiyasında səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı oktyabrın 13-də brifinq keçirərək bu gün başına gələnləri nəql edib.

O, Media forum saytına deyib ki, oktyabrın 12-də MSK ilə əlaqə saxlamaq istəyib. Lakin onun zənglərinə qurumda cavab verən olmayıb. Səlahiyyətli nümayəndə MSK-nın təqdim etdikləri şikayətlə bağlı aktların əslini istəməməyindən şübhələnib və bu gün səhər sənədləri quruma aparmaq qərarına gəlib.

Səhər saat 9:30 radələrində Gülağa Aslanlı evdən çıxıb. Əvvəlcə kommunal xərcləri ödəmək üçün yaşadığı binanın komendantının oturduğu otağa gedib. Elə buradaca tanımadığı mülki şəxslər onu tutaraq, özlərini təqdim etmədən və heç bir izahat vermədən zorla maşına mindirib Binəqədi polisinin 7-ci bölməsinə aparıblar.

"Azadliq.info”nun məlumatına görə, bölmədə Gülağa Aslanlıya saxlanmasının ağlabatan izahatını verməyiblər və saat 13:30-da sərbəst buraxıblar. Həmin vaxta qədər isə MSK Cəmil Həsənlinin müraciətinə baxıb və aktların əslinin olmadığını əsas götürərək şikayəti rədd edib (MSK Milli Şuraya yox dedi).

Gülağa Aslanlı jurnalistlərə deyib ki, onun saxlanması MSK və polisin birgə qurduğu əməliyyatdır, məqsəd ona saxtakarlıqla bağlı aktların əsillərini MSK-ya çatdırmağa imkan verməmək olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA