Mitinq bitdi, həbslər başladı- yenilənib

img

12-10-2013 [16:41]


Cəmil Həsənlinin9 oktyabr seçkilərinin nəticələrinə etiraz olaraq çağırdığı mitinqdən sonra

təxribat baş verib. Bu barədə musavat.com-a əməkdaşlarımız məlumat veriblər. Onların deməsinə görə, insanlar meydanı tərk edən zaman şüar səsləndirən bir qrupa mülkü geyimlilər hücum edib. Bunu əsas götürən polislər dərhal hərəkətə keçiblər. "İnsanları, o cümlədən də jurnalistləri vururlar. Həbslər başladı. Mitinqdən gedən etirazşıları zorla polis maşınlarına basıb, aparırlar”. Əməkdaşlarımız polisin "işini” gəstərən fotolar yollaya biliblər.

Qeyd edək ki, mitinqdən əvvəl BŞBPİ-nin rəis müavini Səhləb Bağırov təxribat gözlənildiyi barədə açıqlama vermişdi.
****
Musavat.com əməkdaşı bildirir ki, jurnalistlərdən biri xəsarət alıb. Emin Mehin adlanan jurnalist musavat.com-a deyib ki, ona polis dəyənəyi dəyib.
Həbs olunanlar da var. Türkel adlı gənc fəal və daha 5 nəfər saxlanaraq, polis bölməsinə aparılıb.
Musavat.com


****

Milli Şuranın bu günə olan mitinqi artıq başlayıb. Saat 16:00-da Yasamal rayonu Sağlamlıq-İdman Kompleksinin stadionunda ("İnşaatçılar” metrostansiyasının yanı) Milli Şuranın təşkilatçılığı ilə başlayan mitinq 2 saat davam edəcək.

"Qafqazinfo” xəbər verir ki, seçkilərin saxtalaşdırılmasına etiraz məqsədilə keçiriləcək mitinqə Bakı Şəhər İcra Hakimiyyəti rəsmi razılıq verib.

***

Mitinqdə "Davam edir 37”, "Davay dosvidaniya”, "Mənim prezidentim Cəmil Həsənli”, "Evimizi sökən rejimə son”, "Mərkəzi Saxtakarlıq Komitəsi” ə.s kimi şüarlar səsləndirilir.

Mitinqin açılışı "Can Azərbaycan” mahnısının sədaları ilə edilib.

Bizi izləyin.





































Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA