ABŞ qurum rəhbərini "satan" şəxsə 5 milyon dollar mükafat vədi verdi
02-06-2020 [12:43]
ABŞ Dövlət Departamenti Venesuelanın milli kriptovalyutası olan petrodan istifadəni tənzimləyən qurumun rəhbəri Xoselit de la Trinidad Ramires Kamaçonun saxlanılmasını və ya məsuliyyətə cəlb edilməsini təmin edəcək informasiya verən şəxsə 5 milyon ABŞ dolları mükafat verəcəyini elan edib.
"Banki.ru” xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Maykl Pompeo açıqlamasında bildirilib.
Onun sözlərinə görə, Kamaço transmilli mütəşəkkil cinayətkarlıqda iştirak edib: “Venesuela rejimində müxtəlif vəzifələri tutaraq Kamaço Venesuelada əldə edilən qanunsuz vəsaitlərin yuyulması üzrə sxemdə iştirak edərək xalqın etimadını sarsıdıb”.
Pompeo xatırladıb ki, Nyu-Yorkda kamaçoya qarşı çirkli pulların yuyulması ittihamı ilə cinayət işi açılıb.
Xatırladaq ki, 2019-cu il yanvarın 23-də - müxalifət lideri Xuan Quaydonun Ali Məhkəmənin onun parlamentin sədri vəzifəsinə təyin edilməsini ləğv etməsindən iki gün sonra özünün prezident vəzifəsini icra etdiyini açıqlamasından sonra Venesueladakı siyasi vəziyyət kəskinləşib. Əvvəlcə ABŞ, ardından Lima Qrupu ölkələri (Meksika istisna olmaqla), Amerika Dövlətləri Təşkilatı və Avropa İttifaqının əksər ölkələri onu müvəqqəti dövlət başçısı olaraq tanıyıb. Venesuela Prezidenti Nikolas Maduro hadisələri çevrilişə cəhd adlandırıb və ABŞ ilə diplomatik münasibətlərə son qoyulduğunu açıqlayıb. Rusiya, Belarus, İran, Çin, Kuba, Nikaraqua, Suriya və Türkiyə onu dəstəkləyib/Report.
Azərbaycanın QHT təmsilçisi BMT-nin konfransında
Zelenski və İspaniyanın Baş naziri Pedro Sançes bir sıra əməkdaşlıq sazişləri imzalayıblar
Azərbaycan əhalisinin sayı açıqlanıb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub
Dünyanın ən böyük qaz yatağı olan Cənub Parsa zərbə endirili
"Astana" gəmisi Rumıniya sahillərində batıb, ölən var
Kats: İranın kəşfiyyat qurumunun rəhbəri İsmayıl Xətib öldürülüb
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb
İsrailin zərbələri nəticəsində Beyrutda 12 nəfər ölüb
Hyon-qyu Oh Türkiyə Super Liqasında ayın oyunçusu elan edilib
Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq
Kuba höküməti: Vaşinqton administrasiyası Kuba xalqını kollektiv şəkildə cəzalandırır
İranda nüvə elektrik stansiyasına raket zərbəsi endirilib
Səudiyyə Ərəbistanı: Bir raket və 15 dron vurulub
Sabahın hava proqnozu açıqlanıb
Baş prokuror yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
İran İsrailə roket hücumu başladıb
İran: Əli Laricani İsrailin hücumu nəticəsində öldürülüb
İsrail Livana qarşı yeni hücumlara başlayıb
Luis Holl Avropa nəhənglərinin transfer siyahısına daxil olub
Afrika Kuboku: Kubok Seneqaldan alınıb Mərakeşə veriləcək
Bakı metrosu bayramlarda gücləndirilmiş iş rejimində çalışacaq
Domenico Tedesco: "Ümid edirəm ki, sabit sistemimizə qayıdacağıq"
Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
"Barselona" Andreas Kristensenlə yeni müqavilə imzalayacaq
Azərbaycan nefti 108 dollara satılır - 1 dollar ucuzlaşdı
"Fənərbağça" "Monako"nun gənc ulduzunu transfer etmək istəyir
Xəzər dənizində zəlzələ olub
Filip Kostic mövsüm sonu "Yuventus"dan ayrılacaq
"Milan" Rafael Leaonu bu yay satacaq - 70 milyon avro...
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək