Ümid Partiyasından kütləvi istefa; Gənclər təşkilatı buraxıldı

img

11-10-2013 [13:32]


Ümid Partiyasından istefalar davam edir. AzNews.az-a daxil olan məlumata görə, Partiyanın Gənclər Təşkilatını sədri Elvin Camalov da istefa verib.

E. Camalov məlumatı AzNews.az-a təsdiqləyərək, istefasının səbəbini açıqlayıb: "İstefamın səbəbi İqbal bəyin partiya üzvləri ilə məsləhətləşmədən, seçkiləri tanıması barədə bəyanat verməsidir.

Əgər biz partiyayıqsa, sədrimiz bizim də fikirlərimizi soruşmalıydı. Axı o, seşkilərə başqa şüarla getmişdi. Təbliğat dövründə başqa cür, seçkidən sonra tamam fərqli mövqe nümayiş etdirildi. Biz gənclər Azərbaycanı azad, demokratik görmək istəyirik”.

E.Camalovun sözlərinə görə, onunla bərabər daha 5 gənc partiya sıralarından ayrılıb. Və bu sayın daha da artacağı gözlənilir. Məlumata görə, istefa verənlər əsasən Partiyanın Bakıdan olan nümayəndələridir ki, onların da arasında Elvin Həmzə, Elşən Şahbəndinov, Süleyman Süleymanzadə, Ramin Hüseynov da var: "İqbal Ağazadəyə bu barədə məlumat verilib və səbəbi açıqlanıb”.

Bundan sonra fəaliyyətinin heç bir siyasi partiyada davam etdirmək niyyətinin olmadığını deyən E.Camalov hansısa gənclər təşkilatında təmsil olunmağı istisna etməyib. Xatırladaq ki, bundan əvvəl İ.Ağazadənin müavinləri - Aynur İmranova və Ruslan İzzətli partiyadan istefa verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA