Milli Şuranın mitinqinə icazə verildi

img

10-10-2013 [15:27]


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) mitinqlə bağlı müraciətinə müsbət cavab verib.
BŞİH-nın ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanovun APA-ya verdiyi məlumata görə, Milli Şuranın oktyabrın 12-nə təyin etdiyi aksiya paytaxt rəhbərliyi ilə razılaşdırılıb.
Mitinq oktyabrın 12-də Yasamal İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul” stadionu) saat 16.00-dan 18.00-dək keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA