İqbal Ağazadə nəticələri tanıdı, müavini buna etiraz edərək partiyadan istefa verdi

img

10-10-2013 [14:42]


Ümid Partiyasının sədr müavini, jurnalist Aynur İmranova partiyanın sıralarından istefa verib. Bu barədə o, özünün facebook səhifəsində məlumat verib: "Açıqlamaq istəyirəm ki, bu andan etibarən Ümid Partiyasının sıralarından istefa barədə qərar qəbul eləmişəm. Mən başda İqbal Ağazadə olmaqla bütün "Ümid”çilərə bundan sonrakı siyasi fəaliyyətlərində uğurlar arzulayıram”.

Ümid Partiyasının prezidentliyə namizədi İqbal Ağazadə bu gün ölkə KİV-lərinə müsahibəsində dünən keçirilmiş prezident seçkisinin nəticələrini tanıdığını və 3-cü dəfə ölkə başçısı seçilmiş İlham Əliyevə uğurlar arzuladığını qeyd edib. Məlumatlara görə, seçkilərin nəticələrinə etiraz edən Aynur İmranova İqbal Ağazadənin bu addımı ilə razılaşmadığına görə, Ümid Partiyasından istefa verib.(modern.az)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA