"Bunun qarşısını almaq üçün hamı kisənin ağzını açdı..." - İqtisadçıdan koronavirusla bağlı maraqlı şərh
SİYASƏT
29.05.2020, 15:41
İqtisadçı ekspert Natiq Cəfərli koronavirusla mübarizə məsələsində demokratik dəyərlərin necə rol oynaması barədə danışıb.
Musavat.com xəbər verir ki, N.Cəfərli ayrı-ayrı ölkələrin virusa qarşı mübarizə strategiyasında tibbi, iqtisadi amillərlə yanaşı, demokratiyanın da əhəmiyyət kəsb etməsinə toxunub.
Ekspert öncə rəqəmləri yada salaraq, ümumi mənzərəni təhlil edib: “Dünya Səhiyyə Təşkilatı 11 mart 2020-ci ildə dünyada koronavirusla bağlı pandemiya elan etdi – həmin gün dünyada virusa yoluxanların sayı cəmi 119 min 132 nəfər idi, həmin günə dünya üzrə ölənlərin sayı isə 4284 nəfər təşkil edirdi. Bu rəqəmləri yadda saxlayaq.
Pandemiya elanından sonra dünya ölkələri bir-bir qapanmağa başladı, karantin tədbirləri artdı, artıq aprel ayının əvvəlinə dünyada 4 milyard insan karantin elan olunan ölkələrdə yaşayırdı. Sərt karantin tədbirlərinin elanı bir neçə səbəbdən qaynaqlanırdı: 1) Virus yenidir, elm dünyası virusla tanış olmalı, araşdırmalar aparmalıdır, 2) Xəstəliyin sürətlə yayılması riski səhiyyə sistemini çökdürə bilərdi, reanimasiya yerləri tez dola, xəstələrə effektiv kömək göstərilməsini mümkünsüz edə bilərdi, 3) Müxtəlif müalicə sxemlərinin yoxlanılmasına zaman lazım idi”.
N.Cəfərli bildirib ki, koronavirusla bağlı fərqli yol tutan, siyasi təsirlərini hesablayaraq fərqli davranan ölkələr də oldu. Onun bildirdiyinə görə, karantin rejiminin tez elan edilməsini demokratik, yari-demokratik ölkələrdə müxalifət israrla tələb edirdi: “Hakimiyyətdə olan siyasi güclər, partiyalar növbəti seçkiləri göz önünə alaraq sonuna qədər düşünmədən ard-ardına karantin elan etdilər ki, birdən ölüm sayı kəskin artsa bunun altından çıxa bilməyəcəklər, müxalifət bütün günahı onlara yükləyərək önə çıxıb, reytinq yığıb seçkilər yolu ilə hökuməti dəyişəcəklər. Yəni, demokratik seçkili ölkələrdə karantin rejiminin elan olunması həm də müxalifətin önə çıxmasının qarşısını almaq üçün idi. Amma, karantin elan olunandan bir müddət sonra ayıldılar ki, iqtisadiyyatın çökməsi, işsizlik və pulsuzluq da iqtidarların əleyhinə işləyir və işləyəcək, yenə reytinq itirəcəklər. Bunun qarşısını almaq üçün hamı kisənin ağzını açdı – təşviq və dəstək paketlərinin dünya üzrə ümumi həcmi 12 trilyon dollara çatdı. Bu da yetərli deyil, ona görə də bütün dünyada iqtidarlar koronavirusu olduğundan daha qorxulu təqdim etməyə başladılar, media vasitəsi ilə daha çox panika yaymağa çalışdılar ki, məsuliyyəti qloballaşdırsınlar. Yəni, lokal olaraq hər hansı bir ölkədə problemin qaynağının özləri olmadığını, problemlərin qlobal olduğunu insanların beyninə daha dərin yeritmək lazım idi. Bu yolla məsuliyyət yayğınlaşır, əhali öz hökumətlərindən daha çox beynəlxalq bəlanı sorumlu tutur. Paralel olaraq dünyanın demokratik ölkələrinin hökumətləri özlərinə yaxın media vasitəsi ilə dünyada “günah keçiləri” axtarmağa, gah cip, gah 5C söhbətini yayaraq məsuliyyəti özlərindən atmağa çalışdılar”.
Ekspert bu problemlə mübarizədə fərqli yol tutan iki ölkənin, İsveç və Belarusun da maraqlı təcrübəsi olduğunu, amma onların səbəblərinin tamamən fərqli olduğunu vurğulayıb: “İsveç – bu ölkənin fərqli yol tutmağının tək səbəbi o idi ki, hökumət ilk gündən elm adamlarını önə çıxardı. Dedilər ki, bu siyasi və idarəetmə məsələsi deyil, elmi və tibbi məsələdir, ona görə də alimlər nə desə onu edəcəyik – bu da bizə siyasi məsuliyyət yaratmır. Yəni, İsveç demokratik ölkə olsa da, hökumət məsuliyyəti Elm Komissiyasına həvalə etdi, vətəndaşlar da bununla razılaşdılar. O komissiya nə dedisə, onu da etdilər.
Belarus – Avtoritar ölkə olan Belarusda Lukaşenkonun seçki və reytinq dərdi yoxdur. Rəqibi yoxdur, hər ay tam demokratik seçki keçir – Lukaşenko seçkini udacaq, xalq arasında böyük reytinqi var. Ona görə də, iqtisadiyyatı seçdi, karantin elan etmədi, heç kim də onu daxildə buna görə qınamadı. Ara-sıra səslənən azacıq müxalif səslərə isə ölkə daxilində fikir verən yoxdur. Yəni, iki fərqli sistem olan İsveç və Belarusda eyni qərar verilməsinin səbəbləri müxtəlif idi”.
N.Cəfərli daha sonra sual edib ki, “bəs yarı-demokratik, digər avtoritar ölkələrdə, məsələn, Rusiyada, Azərbaycanda nədən həmən kəskin karantin elan edildi?!”
Bu sualın birmənalı cavabını blmədiyini desə də, ekspert bununla bağlı ehtimallarını da bölüşüb: “Ehtimal edirəm ki, hər iki ölkədə hökumət cəmiyyətdən biz düşündüyümüzdən daha çox çəkinirlər. Ya da, Avropaya, ABŞ-a baxıb eyni davrandılar – çünki özlərində ciddi inkişaf etmiş beyin mərkəzləri və analitik qruplar yoxdur. Çəkindilər ki, birdən çox sərt artım olar, ölümlər kəskin artar, bu da cəmiyyətdə altdan etirazlara səbəb ola bilər. Və ya, bu şəraitdən istifadə edib camaatı nəzarətdə saxlamağın müxtəlif üsullarını test etməyə qərar verdilər (Yeri gəlmişkən, demokratik ölkələrdə də eyni eksperiment gedir).
Əvvəldə qeyd etdim, pandemiya elan olunan gün dünyada rəqəmlər çox aşağı idi. Dünən, 28 May günü dünyanın korona statistikası: Virusa yoluxanlar – 5 mln. 807 min 166 nəfər, ölənlərin sayı – 360 min 300 nəfər.
Yəni, 11 mart pandemiya elan edilən gündən bu yana yoluxanlar 49 dəfə (!!!), ölənlərin sayı isə 84 dəfə (!!!) artıb! Amma indi dünya ölkələri karantindən çıxır – tədbirləri yumşaldır, iqtisadiyyatın çartxlarını döndürməyə çalışırlar. Niyə? Nə səbəbə? Əgər desələr ki, bəs artıq virusu tanıdıq, hazırlaşdıq, xub, anlamaq olar, amma hələ ki, bu mərəzin nə dərmanı var, nə vaksini – bəs nə baş verir?! Hə, deməli, yenə də siyasi qərarlar önə çıxır, dünya ölkələri anladılar ki, iqtisadiyyatın daha da çökməsi hakimiyyətdə olan siyasi təşkilatların sonunu gətirəcək. Necə karantin tədbirləri siyasi çəkincələrə görə idisə, indi də açılma yenə siyasi səbəblərdən – seçkilərdə hakimiyyəti itirmə qorxusudur. Başqa bunun izahı varmı?! Çünki, əgər virusun deyildiyi kimi kəskin yayılma qabiliyyəti varsa bu gün dünyada təsbit olunmuş 6 mln.-a yaxın yoluxmuş varsa, deməli həndəsi silsilə ilə bu sayın milyardlarla olması istisna deyil. Əgər indi virusun başını buraxırlarsa, deməli insan həyatı söhbəti boş söhbətdi - əsas məsələ hakimiyyət məsələsidir”.
N.Cəfərli sonda onu da vurğulayıb ki, koronavirus məsələsində demokratiyanın həm pozitiv, həm də neqativ rol oynadığı aşkar görünür: “Düşüncələrini çox bəyəndiyim Uinston Çörçill demiş, “Demokratiya – idarəçiliyin pis formasıdır. Amma insanlıq hələ bu formadan yaxşısını fikirləşib tapa bilməyib”.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Məşhur aparıcı telekanaldan ayrıldı
Bugün, 00:24 PRESS
-
“Fənərbağça”nın prezidentinin evində gənc qadın ölüb
Bugün, 00:12 DÜNYA
-
Sabiq spiker Ərdoğandan sonrakı dönəm üçün elə iddia irəli sürdü ki… - “O, qalxıb deyə bilməz ki, qardaşım…”
Bugün, 00:05 SİYASƏT
-
Xanımı İbrahim Borçalıdan üzr istədi: "Onu əlimdən buraxdığım üçün..."
Bugün, 00:01 ŞOU-BİZNES
-
Türkiyənin daha iki şəhərində kütləvi tədbirlərə qadağa qoyulub - NATO sammitinə görə
30.06.2026, 23:14 DÜNYA
-
DÇ-2026: Norveç yığması növbəti mərhələyə yüksəldi
30.06.2026, 22:58 İDMAN
-
Türkiyə F-16-ları Afrika ölkəsində əməliyyatda – Minlərlə km uzaqlıqda terror yuvaları vuruldu
30.06.2026, 21:17 GÜNDƏM
-
Nepalda quş qripi sürətli yayılır – 570 min quş məhv edildi
30.06.2026, 19:43 DÜNYA
-
Kılıçdaroğlu daha 26 təşkilat sədrini vəzifədən azad etdi, 7 nəfər isə... - SİYAHI
30.06.2026, 19:07 DÜNYA
-
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Onlar Bakıda yenidən hakim qarşısında + FOTOLAR
30.06.2026, 19:07 GÜNDƏM
-
Məcburi köçkün statusu ləğv olundu: bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək - DEPUTAT YAZIR
30.06.2026, 19:02 YAZARLAR
-
Ceyhun Bayramov Katrin Bomberger ilə müzakirə apardı - AÇIQLAMA
30.06.2026, 18:10 SİYASƏT
-
Dövlət Ehtiyatları Agentliyi yerli fermerlərdən buğda alacaq
30.06.2026, 18:01 İQTİSADİYYAT
-
Baş nazirin xanımının ölkədən çıxışına qoyulan qadağa götürüləcək? - İstintaqın cavabı gözlənilir
30.06.2026, 17:41 DÜNYA
-
“Beşiktaş” "Bavariya"lı qapıçını almaq istəyir
30.06.2026, 17:27 İDMAN
-
Müsəlman ölkəsində 7 deputat qandallandı - Qadın deputatın isə evindən elə şeylər çıxdı ki… (FOTOLAR)
30.06.2026, 17:16 DÜNYA
-
Prezident İlham Əliyev: "Xəbər bizi son dərəcə sarsıtdı"
30.06.2026, 17:08 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
30.06.2026, 17:00 İQTİSADİYYAT
-
21 iyundakı imtahanların nəticələri elan edilib
30.06.2026, 16:43 GÜNDƏM
-
Prezident DTX-yə yeni səlahiyyət verdi
30.06.2026, 16:24 GÜNDƏM
-
Prezident korrupsiya haqqında qanuna dəyişikliyi təsdiqlədi - "Xəbər verən şəxs və ya onun yaxın qohumu..."
30.06.2026, 16:16 GÜNDƏM
-
Hadisə “donor kişi” axtarır - “Ana olmaq istəyirəm”
30.06.2026, 16:07 ŞOU-BİZNES
-
Leyla və Arzu Əliyevalar Milli Onkologiya Mərkəzində - FOTO
30.06.2026, 15:50 CƏMİYYƏT
-
Azərbaycanda onlar bir ildə bir milyon manatdan çox maaş alıb - RƏQƏMLƏR
30.06.2026, 15:35 İQTİSADİYYAT
-
Mədəniyyət sahəsi üzrə layihələr.. - Qrant müsabiqəsi qaydası təsdiqləndi
30.06.2026, 15:26 MƏDƏNİYYƏT
-
Bakcell ilə Bakıda unudulmaz UFC həyəcanı yaşandı - FOTOLAR
30.06.2026, 15:07 İDMAN
-
Əli Əsədov iki yeni qərar imzaladı - Peşə təhsili üzrə yeni ixtisaslar yaradıldı, elektron icra isə.. (YENİLƏNİB)
30.06.2026, 15:04 GÜNDƏM
-
Qətər XİN Trampı yalanladı: “ABŞ və İran arasında görüş gözlənilmir”
30.06.2026, 14:42 GÜNDƏM
-
“Kapital Bank”ın rəhbərliyinə yeni təyinat olacaq
30.06.2026, 14:39 İQTİSADİYYAT
-
Emin Əmrullayev: "Təhsil sahəsində sistemli korrupsiya mövcud deyil"
30.06.2026, 14:25 CƏMİYYƏT
-
Almaniyalı blogeri təyyarəyə buraxmayıblar – "Dedilər, çılpaqsan, olmaz!" + FOTOLAR
30.06.2026, 14:08 PRESS
-
İstanbulda daha bir bələdiyyədə əməliyyat: 13 nəfər həbs edildi
30.06.2026, 13:54 KRİMİNAL
-
Azərbaycan və Qazaxıstan XİN başçıları arasında telefon danışığı olub
30.06.2026, 13:25 SİYASƏT
-
Onlayn qumar oynayanları ağır cəzalar gözləyir - Yeni qanun
30.06.2026, 13:15 CƏMİYYƏT