İlqar Altay prezident seçkilərini müşahidə edib

img

09-10-2013 [23:16]


Prezidentliyə namizədlikdən imtina etmiş, İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay bu gün 9 oktyabr 2013-cü il seçkilərində müvafiq saydığı namizədə səs verməklə bərabər həm də keçirilən seçkiləri müşahidə edib. 


Bu barədə açıqlama verən hüquqşünas, ictimai tədqiqatla məşğul olan ictimai təşkilat rəhbəri olaraq müxtəlif seçki məntəqələrini gəzdiyini və bir sıra müşahidələr apardığını vurğulayıb. Tədqiqatçı bu zamanmüxtəlif seçicilər, dairə və məntəqə komissiyası üzvləri, namizədlərin nümayəndələri, beynəlxalq müşahidəçilər və ekzit-poll aparan aktivistlərlə söhbət və sorğular apardığını bildirib:

”Müstəqil hüquqşünas-tədqiqatçı olaraq, ölkənin taleyini həll edən bu ilki Prezident seçkiləri kimi yüksək tədbiri ilk əvvəlindən müşahidə edirəm. Ümumiyyətlə, seçkilər 3 mərhələdən ibarətdir. 1-ci namizədliyin irəli sürülməsi və imzatoplama, 2-ci namizədlik təsdiqindən sonrakı təbliğat-təşviqat kampaniyası, 3-cü həlledici isə səsvermə günüdür. Bunlardan 1-ci mərhələni öz namizədliyimin irəli sürülməsi ilə bilavasitə iştirakçı olaraq, qalan iki mərhələni isə, ixtisaslı araşdırmaçı-müşahidəçi kimi izləyirəm”.

İ. Altay qeyd edib ki, yekun rəydə eyni zamanda səsvermədə iştirak edən və etməyən vətəndaşlarımızın, ictimai-siyasi xadimlərin, partiya və QHT-lərin, prezidentliyə namizədlər və onların nümayəndələrin, KİV-lərin, beynəlxalq müşahidəçilər və təşkilatların seçkilər barədə fikir və mövqelərini öyrənirlər. Həm də bu iş üçün seçkisonrası günlərdə gedən proseslər, mövqe və açıqlamalar, seçki təşkili və keçirilməsindəki müsbət və ya qüsurlu tərəflər diqqətə alınacağını bildirdi: "Bütün bunları cəmləşdirib, analiz etdikdən sonra obyektiv, tərəfsiz, dolğun və təkmil yekun nətiçə əldə edib, təşkilatımiz adından olkə və beynəlxalq ictimaiyyətə rəsmi açıqlama yaymağı planlaşdırırıq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA