Elmar Məmmədyarov Gürcüstan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib

img

26-05-2020 [09:03]


Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.

Mia.az xəbər verir ki, bu barədə nazirin gürcüstanlı həmkarı Davit Zalkalianiyə ünvanladığı təbrik məktubunda bildirilib.

E.Məmmədyarov Azərbaycan və Gürcüstan arasında qarşılıqlı anlaşma və müstəqillik, suverenlik və ərazi bütövlüyünə hörmətə əsaslanan münasibət və əməkdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib: “İnanıram ki, iki ölkə arasında ənənəvi yaxşı və məhsuldar əməkdaşlıq xalqlarımızın rifahı naminə inkişaf edəcək və güclənəcək”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA