Koalisiya: "Səsvermə insidentsiz davam edir»

img

09-10-2013 [17:25]


Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azad və ədalətli seçkilər uğrunda” Jurnalist Təşkilatları-QHT Koalisiyası  "2013-cü il prezident seçkilərinin monitorinqi” layihəsi çərçivəsində 15 DSK üzrə 150  məntəqə üzrə saat 17.00-a olan ikinci hesabatı yayılıb.

 Koalisiya müşahidəçilərindən saat 17.00-a daxil olan məlumatlara görə, seçici fəallığı kifayət qədər yüksək olub. Səsvermənini gizliliyinə riayət olunur. 

 Mia.az xəbər verir ki, seçki məntəqələrində səsvermənin müşahidəsi, KİV nümayəndələrinin səsverməninin gedişini işıqlandırmaları ilə bağlı hər hansı problem qeydə alınmayıb:

 «Ümumən ciddi narahatçılıq doğuran qanun pozuntularına rast gəlinməyib. Koalisiyanın müşahidəçiləri bir sıra məntəqələrdə seçicilərin barmaqlarında mürəkkəbin yoxlanması və mürəkkəblənməsi prosedurlarında şəffaflığın təminatı ilə əlaqədar məntəqə sədrlərinə məlumat veriblər. Bir neçə məntəqədə seçici səs vermək üçün zəruri sənədi olmadığı halda bülleten verildiyi müşahidə olunub. Məntəqə sədrlərinin müdaxiləsindən sonra yaranmış problemlər aradan qaldırılıb.

 Səsvermə sakit məcrada, insidentsiz davam edir».

Jurnalist-QHT Koalisiyası növbəti məlumatını saat 20.00-da yayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA