Şöbə müdiri və 3 əməkdaş işdən çıxarıldı - ƏƏSMN-də növbəti dəyişiklik

img

22-05-2020 [11:48]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadr dəyişikliyi olub.

Məlumata görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev əmr imzalayıb.

Əmrə əsasən, ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Qusar rayon şöbəsinin rəisi Arif Tahirov və şöbənin üç əməkdaşı işdən çıxarılıb.

Onlar işlərində yol verdikləri nöqsanlara görə işdən azad olunublar./Oxu.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:26 05.07.2025

Sabah yağış yağacaq