Şuşada keçiriləcək qondarma “andiçmə” mərasimi... - Qarabağ icması belə bəyanat yaydı + MƏTN
21-05-2020 [11:50]
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Azərbaycan Respublikasının işğal olunmuş Şuşa şəhərində keçiriləcək qondarma “andiçmə” mərasimi ilə bağlı açıqlama yayıb.
İcmadan Mia.az-a daxil olan açıqlamada deyilir:
“Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri və seçilmiş nümayəndəsi olaraq Azərbaycan Respublikasının işğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasimi ilə bağlı bildirirəm ki, bütün beynəlxalq ictimaiyyət tərəfindən rədd edilmiş “seçki” şousunun nəticələrinin heç bir hüquqi əsası yoxdur və həmin “seçki” nəticəsində hər hansı bir qurum və şəxsin legitimliyindən söhbət belə gedə bilməz.
Qondarma mərasim danışıqlar prosesini pozmağa hədəflənmiş bir təxribatdır. Ermənistan hakimiyyəti mütəmadi olaraq bu kimi təxribatçı əməllər törədir və işğal altındakı Şuşa şəhərinin bu qondarma tədbir üçün seçilməsi bunu aydın surətdə nümayiş etdirir.
Bütün bunlar azmış kimi, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etməsi və danışıqlara zərər vuran bu təxribatda şəxsən iştirak etməsi Ermənistan rəhbərliyinin sülh barədə danışmasının yalnız riyakarlıq olduğunu göstərir.
Ermənistanın atdığı bu addım işğal olunmuş Azərbaycan ərazilərindən etnik təmizləməyə məruz qalmış azərbaycanlı məcburi köçkünlərə qarşı həqarətdir, münaqişənin sülh yolu ilə nizamlanması prosesinə zərbədir və 2019-cu ilin yanvar ayında Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşündə bəyan edilmiş “xalqların sülhə hazırlanması” niyyəti ilə tamamilə ziddiyyət təşkil edir.
Azərbaycan Respublikası münaqişənin ən qısa zamanda sülh yolu ilə həll olunması istiqamətində davamlı və konstruktiv addımlar atdığı, habelə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sülh və birgəyaşayış çağırışları fonunda Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində belə təxribatlara əl atması bizdə dərin hiddət və ikrah hissi doğurur.
Bu, Ermənistan hakimiyyətinin münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını deməyə əsas verir və bölgədə vəziyyəti gərginləşdirməyə xidmət edir.
Bir daha qeyd edirəm ki, Ermənistan – Azərbaycan münaqişəsi işğalçı Ermənistan ordusunun Azərbaycan ərazilərindən çıxarılması, bütün azərbaycanlı məcburi köçkünlərin öz ata-baba yurdlarına ləyaqətli şəkildə geri dönməsi və Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində, Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının sülh şəraitində birgə yaşayışının təmin edilməsi yolu ilə həll oluna bilər. Yalnız qeyd edilən addımlardan sonra bölgədə ədalətli və davamlı sülh təmin edilə bilər.
Biz beynəlxalq ictimaiyyəti, xüsusən ATƏT-in Minsk Qrupunun həmsədrlərini Ermənistanın bu təxribatçı hərəkətinə lazımi qiymət verməyə və onu pisləməyə çağırırıq”.
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər