İranlı nazir: “ABŞ-ın neft tankerlərimizə təcavüzünə qətiyyətli cavab veriləcək”

İranlı nazir: “ABŞ-ın neft tankerlərimizə təcavüzünə qətiyyətli cavab veriləcək”

DÜNYA

20.05.2020, 13:38

“ABŞ-ın İranın neft tankerlərinə təcavüzünə qətiyyətli cavab veriləcək, bunu amerikalıların özləri də çox yaxşı bilirlər”.

Bunu İranın Müdafiə naziri general-mayor Əmir Hatəmi deyib.

Onun sözlərinə görə, neft tankerlərinə qarşı atılacaq hər hansı addım beynəlxalq qanunlara ziddir. 

“Düşünürəm ki, beynəlxalq təşkilatlar və qurumlar ABŞ-ın bu kimi addımlarına qarşı ölçü götürməlidir. Bu, bir növ dəniz piratçılığıdır. Bizim siyasətimiz bu sahədə şəffafdır”, - deyə nazir vurğulayıb/APA.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR