Fərhad Əliyevin qardaşı da İlham Əliyevə səs verdi

img

09-10-2013 [14:51]


"Media forum” saytının əməkdaşı Ədliyyə Nazirliyinin 6 saylı Cəzaçəkmə Müəssisəsində yaradılmış seçki məntəqəsinə baş çəkib. Bu məntəqədə sabiq iqtisadi inkişaf naziri, məhbus Fərhad Əliyevin qardaşı, iş adamı Rafiq Əliyev də (Rafiq Əliyev 2005-ci ildən həbsdədir) səs verib. O, "Media forum”a açıqlamasında deyib ki, şərait yüksəkdir: "Əvvəlcədən hər şey haqqında məlumatlı idik. Azərbaycanın dinamik inkişafını təmin edən və buna şərait yaradan, daha da gücləndirən şəxsə səs verdim”.

Cəzaçəkmə müəssisəsində 1280 məhbusun adı seçici siyahısındadır. Saat 12:00-a olan məlumata görə, 489 nəfər səs verib. Məntəqədə seçki prosesini yerli və xarici nümayəndələr müşahidə edir.

Ədliyyə Nazirliyinin 15 saylı Cəzaçəkmə Müəssisəsində də olan "Media forum”un əməkdaşı xəbər verir ki, burada 635 məhbus seçici var. Saat 12:00-a olan məlumata görə, 231 məhbus səs verib. Müstəqil müşahidəçilər heç bir qanun pozuntusuna yol verilmədiyini, heç bir məhbusun səsvermədən imtina etmədiyini bildirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA