MSK Milli Şuranın müşahidəçisini bülletenlərini götürüb qaçmaqda ittiham edir

img

09-10-2013 [14:46]


Oktyabrın 9-da prezident seçkilərində səsvermə zamanı 34 saylı Xətai 2-ci dairə seçki komisiyasının 7 saylı seçki məntəqəsində Milli Şuranın müşahidəçisi Südabə Səlimova Məntəqə Seçki Komissiyasının binasında yerləşən masadan 4 ədəd seçki bülletenini götürüb və qaytarmayıb. Bu barədə MSK-nin Müstəqil Mətbuat Mərkəzindən Trend-ə daxil olan məlumatda bildirilir.

Həmçinin bildirilir ki, baş vermiş bu qanunazidd hərəkət Məntəqə Seki Komissiyası tərəfindən aktlaşdırılıb.

Buna bənzər hal saat 10:30 radələrində Cəlilabadda da baş verib. Cəlilabad şəhər sakini, Müsavat partiyasının üzvü Məmmədov Hacı Səfər oğlu 67 saylı dairə seçki komisiyasının 19 saylı məntəqəsindən təxminən 10 ədəd bülleteni götürərək seçki məntəqəsindən qaçaraq uzaqlaşıb. Bu insident də Məntəqə Seçki Komissiyasında aktlaşdırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA