Məzahir Pənahov: "Məntəqələr səsvermə prosesinə tam hazırdır"

img

08-10-2013 [18:00]


Prezident seçkilərini izləmək üçün Azərbaycana gəlmiş MDB Parlament Assambleyası (PA) müşahidə missiyasının üzvləri oktyabrın 8-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüblər.

 Məzahir Pənahov seçkilərə hazırlıq barədə qonaqlara ətraflı məlumat verib və bildirib ki, seçki məntəqələrinin hamısı beynəlxalq standartlara cavab verən avadanlıqla təmin olunub. Məntəqələr səsvermə prosesinə tam hazırdır. Əvvəlki illərdən fərqli olaraq bu seçkilərdə gözdən əlillərin və hərəkət məhdudiyyəti olanların iştirakını təmin etmək üçün müəyyən tədbirlər görülüb. Bu qəbildən olan insanların səsvermə hüququnun təmin edilməsi üçün hər cür şərait yaradılmış, məntəqələrdə panduslar quraşdırılıb. Görmə qabiliyyəti zəif olan insanlar üçün Brayl əlifbası ilə bülletenlər də hazırlanıb.

MSK-nın sədri deyib: "Seçkilərə hazırlıq çox yüksək səviyyədə aparılmışdır. Bunu beynəlxalq müşahidəçilər bizimlə görüşlərində də söyləyirlər. İnanırıq ki, seçkilərin sonuncu mərhələsini də uğurla başa vuracağıq”.

Nümayəndə heyətinin üzvü Oleq Lebedev bildirib ki, MDB PA-nın uzunmüddətli müşahidə missiyasının üzvləri Azərbaycanın paytaxtında və regionlarında olublar. Onlar artıq aralıq hesabat da hazırlanıblar. Bu gün isə MDB-yə üzv olan daha 7 ölkədən qısamüddətli müşahidəçilər gəliblər. Onlar da paytaxt Bakı və regionlarda olacaq, səsvermənin gedişini izləyəcəklər. İnanırıq ki, seçkilər uğurla başa çatacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA