Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib
18-05-2020 [12:57]
Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib.
Mia.az MM-ə istinadla xəbıər verir ki, İnsan hüquqları komitəsinin sədri Zahid oruc iclası açaraq bildirib ki, bu gün Laçın rayonunun işğalının anım günüdür.
Bu hadisə ilə əlaqədar iclas iştirakçıları torpaqlarımız uğrunda həyatını qurban verən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra komitə sədri diqqətə çatdırıb ki, iclasda İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı təqdim olunacaq.
Zahid Oruc öz çıxışında məsələ ilə bağlı bir sıra məqamlar barədə fikirlərini açıqlayıb. Bildirilib ki, Azərbaycanda insan alverinə qarşı hüquqi bazanın yaradılması çərçivəsində sistemli mübarizə tədbirləri 2003-cü ilin 15 may tarixində BMT-nin Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Konvensiyasının, onu tamamlayan İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırlması haqqında, həmçinin Sərhədlərin qanunsuz keçilməsinə dair protokolların təsdiqindən sonra daha da sürətlənib. Belə ki, 2005-ci ildə insan alverinə qarşı mübarizə ilə bağlı qanun qəbul olunub və burada Milli Fəaliyyət Planı yer alıb, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə üzrə Baş İdarəsi yaradılıb. Azərbaycanda İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator Fəaliyyət Planının həyata keçirilməsi üzrə məsul şəxsdir.
Qeyd edilib ki, insan alverinə qarşı mübarizə ilə bağlı qanunun müvafiq maddəsinə görə, məcburi əmək, cinsi istismar, köləlik, insan orqanlarının və toxumalarının qanunsuz çıxarılması, qadının surroqat ana kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə habelə insanların digər formada istismar edilməsi insan alverinin müxtəlif formaları kimi töfsiv edilir. Avropa Şurasında İnsan Alveri Əleyhinə Ekspert Qrupu formalaşdırılıb. Təşkilata üzv ölkələrdə bu məsələlərlə bağlı vəziyyətə onun vasitəsi ilə nəzarət olunur. Qurumun mütəxəssisləri hər il ölkələrdə bu məsələləri monitorinq edirlər.
Komitə sədri BMT-nin Ümumdünya İnsan Alveri Hesabatının 142 ölkəni əhatə etdiyini bildirərək, Azərbaycanın beynəlxalq hesabatlarda yerinin yaxşılaşacağına əminliyini ifadə etdi. Eyni zamanda, Azərbaycanda 2019-2023-cü illər üzrə növbəti Fəaliyyət Planının hazırlandığını diqqətə çatdırdı, hesabatla bağlı bir sıra təkliflərini səsləndirdi.
Sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov məruzə ilə çıxış edib.
DİN Baş İdarəsinin rəisi bildirib ki, ölkəmizdə insan alveri cinayətlərinə qarşı mübarizənin səmərəli aparılmasını, qurbanların hüquqlarının müdafiəsi imkanlarının genişləndirilməsini təmin edən mükəmməl qanunvericilik bazası formalaşıb. İnsan alverinə qarşı mübarizədə hökumət tərəfindən də bir sıra mühüm qərarlar qəbul edilib, bu cinayətlərdən zərər çəkmiş şəxslərə ödənilən müavinətin məbləği 400 manatdan 700 manatadək artırılıb.
Ötən il ərzində insan alverinə qarşı mübarizə sahəsində geniş maarifləndirmə işi aparılıb. Respublikanın 55 şəhər və rayonunda, orta ixtisas və ali təhsil müəssisələrində insan alverinə və məcburi əməyə qarşı mübarizəyə dair seminarlar keçirilib. Bununla bağlı Bakı şəhərində geniş ictimaiyyət üçün nəzərdə tutulmuş təşviqat xarakterli videolar, təbliğat materialları paylanılıb, televiziya və radioda, videoportallarda verilişlər yayımlanıb.
Diqqətə çatdırılıb ki, insan alveri ilə mübarizə sahəsində ötən müddət ərzində xarici tərəfdaşlar və təşkilatlarla qarşılıqlı əlaqələrin gücləndirilməsi diqqət mərkəzində saxlanılıb. Daxili İşlər Nazirliyinin 40-a yaxın ölkənin aidiyyəti dövlət strukturları ilə imzaladığı 100-dən çox müqavilə insan alverinin qurbanı olan Azərbaycan vətəndaşlarının digər dövlətlərdə yerinin operativ müəyyən edilməsində, bu cinayətləri törədənlər haqqında məlumatların toplanmasında, razılaşdırılmış tədbirlərin keçirilməsində real nəticələr verməkdədir.
Məlumat verildi ki, məcburi əməyin qarşısının alınması, bu əməllərə şərait yaradan halların aradan qaldırılması istiqamətində də lazımi tədbirlər həyata keçirilir. Aparılan monitorinqlər nəticəsində 120 tikinti obyektində 351 nəfərin əmək müqaviləsi olmadan çalışdığı aşkar edilib. Bununla bağlı ümumilikdə 454.000 manat inzibati cərimə tətbiq edilib. Vurğulandı ki, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə aparılan sosial islahatlar nəticəsində 2018-ci illə müqayisədə ötən il ölkə üzrə bağlanılan əmək müqavilələrinin sayında 153 min artım qeydə alınıb. Uşaq əməyinin istismarının qarşısının alınması sahəsində görülən tədbirlər çərçivəsində övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən 180 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb.
Nəzərə çatdırıldı ki, 2019-cu ildə insan alveri cinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə verilməsi sahəsində məqsədyönlü iş aparılıb. Həyata keçirilən tədbirlər nəticəsində 186 insan alveri, o cümlədən 4 məcburi əmək, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 36 cinayət qeydə alınıb, 10 nəfərdən ibarət 4 cinayətkar qrup zərərsizləşdirilib. Müəyyən edilmiş 91 insan alveri qurbanından 89-u Azərbaycan vətəndaşıdır, 2-i əcnəbidir. Zərərçəkənlərə tibbi, psixoloji, hüquqi yardımlar göstərilib.
İclasda insan alveri ilə bağlı cinayətlərə dair bəzi statistik məlumatlar təqdim edilib.
Tədbirdə çıxış edən deputatlar İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumat barədə öz fikirlərini açıqladılar, qeyd və təkliflərini verdilər.
Müzakirələrin sonunda Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov deputatları maraqlandıran bəzi məqamlara aydınlıq gətirib.
Deputatlar İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
İclasda Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini Samir Zeynalov iştirak ediblər.
TRAMP İRANI PARÇALANMAQLA HƏDƏLƏDİ, İNGİLTƏRƏYƏ "BARMAQ SİLKƏLƏDİ": "Baş nazir, eşit, bizə artıq bunlar lazım deyil, amma..."
İran İraqın Ərbil şəhərinə çoxsaylı zərbə endirib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
"Beşiktaş" 10 nəfər qalan "Qalatasaray"a "boyun əydi"
Dövlət Departamentinin İranın Naxçıvana dron hücumu barədə bəyanatı... - Rəsmi Bakıdan reakiya
Prezident İlham Əliyev xanımları bir daha təbrik edib - FOTO
Baş nazir Prezident İlham Əliyevə zəng edib: "Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır"
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir