Baş məşqçi: "Neftçi"də böyük dəyişiklik olmayacaq"
04-05-2020 [15:53]
"Qərarın nəyə görə verildiyini başa düşürəm. Bunların hamısı bizim sağlamlığımız üçündür, xəstəliyin pis fəsadları ola bilər. Amma futbol prizmasından yanaşanda bizim üçün çox çətin oldu".
Bu fikirləri "Report"a açıqlamasında "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycanda karantin rejiminin uzadılmasına münasibət bildirərkən deyib.
43 yaşlı mütəxəssisin sözlərinə görə, mayın 5-də məşqlərə başlaya biləcəklərinə dair xəbər yayıldıqdan sonra onlarda mayın 23-də Premyer Liqanın başlayacağına ümid yaranıb. Lakin karantin rejiminin uzadılması həm futbolçularda, həm də məşqçilər heyətində ruh düşkünlüyünə səbəb olub. O, tezliklə məşqləri bərpa edəcəklərinə, çempionatın qaldığı yerdən davam edəcəyinə və hər şeyin idman prinsipləri əsasında müəyyənləşəcəyinə inandığını vurğulayıb.
Məmmədov paytaxt təmsilçisinin karantin rejimini pozaraq məşq etməsi iddialarına da münasibət bildirib: "Nəinki Baqali Dabo, heç bir futbolçumuz karantin rejimini pozmayıb. Çünki komandada heç kim biz məşqlərin dayandırılması ilə bağlı bəyanat verdikdən sonra bazaya ayaq basmayıb. Hər kəs öz imkanı daxilində evində məşq edib. Xüsusi karantin rejiminə keçməmişdən öncə parklarda məşq etmək olurdu. Oyunçular çalışma videolarını mənə göndərirdilər. Bəziləri parklarda, bəziləri isə evinin yanındakı hansısa sahədə məşq edirdi. İndi isə evdə hazırlıq keçirlər. Çoxunun evində qaçış üçün aparat var. Dabo özü də bildirdi ki, video çoxdan çəkilib. Bir daha demək istəyirəm ki, heç bir oyunçumuz karantin rejimini pozmayıb".
Baş məşqçi klubla müqaviləsi başa çatan oyunçularla danışıqlara başlamaq istədiklərini, lakin karantin rejiminin uzadılmasının buna mane olduğunu deyib: "Məşqlərə başlayandan sonra futbolçularla bu barədə görüşlər keçirmək istəyirdik. Lakin bu, karantin rejimi uzadıldığı üçün baş tutmadı. Hazırda çempionatın taleyi ilə bağlı qərarsızlığa görə qalmışıq. Futbolçular da bilirlər ki, qərarı gözləyirik. Qərar çıxandan sonra bütün oyunçularla danışıqlar olacaq. Komandada saxlamaq istədiyim futbolçular da var. Heyətimizdə böyük dəyişiklik olmayacaq, müqaviləsi bitən və komandada qalmasını istədiyimiz oyunçularla danışacağıq. Ad açıqlamağım düzgün olmaz, amma ümumi onu deyə bilərəm ki, "Neftçi"də böyük dəyişiklik olmayacaq".
Gənc mütəxəssis FIFA-nın yaz-payız təqviminə keçid barədə məsləhətinə münasibət olaraq, çox danışa bilməyəcəyini söyləyib: "Bu dəqiqə dərindən düşünmədən bir söz deyə bilməyəcəyəm. Hazırda bir istəyimiz var, o da futbolun davam etməsidir. Amma sağlamlıq da önəmlidir, istəmirik ki, insanların səhhətini təhlükə altına ataq. Sağlamlığı düşünərək, tezliklə futbola başlayacağımıza ümid edirik, amma FIFA tövsiyəsinə düşüncəsiz cavab vermək istəmirəm".
Məmmədov legionerlərin hazırkı durumu barədə də fikirlərini bölüşüb. O, ailələrindən uzaq olanların istər-istəməz darıxdığını bildirib: "Mən də futbolçu olduğum dönəmdə legioner həyatı yaşamışam. Bilirəm ki, bu, çox çətindir. Amma əksəriyyətinin ailəsi yanındadır. Ailəsi uzaqda olanlar isə daim onlarla danışırlar. Darıxmaları normal haldır. Ümid edirik ki, karantin rejimi götürüləcək və onlar ailələrinin yanına gedə biləcəklər".
Qeyd edək ki, Peşəkar Futbol Liqası mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb.
Eyni zamanda bütün milli federasiyalar ölkədəki vəziyyət əlverişli olmadığı halda, ən geci 25 may tarixinədək mövcud və optimal təhlükəni nəzərə alaraq yarışların gələcək taleyi barədə Avropa Peşəkar Futbol Liqaları və UEFA-ya məlumat verməlidirlər. Azərbaycanda karantin müddəti mayın 31-dək uzadılıb.
Ramazanın 13-ci gününün duası: imsak və iftar vaxtı
İranın nüvə obyektləri bombalanıb
Dövlət Agentliyinin kollegiyasının tərkibi təsdiqləndi - Qərar
Xadimələr belə, ixtisara salınır, ancaq şirkət prezidenti və... - Komitə sədri SOCAR-dakı "baş-ayaq" kadr siyasətindən elə faktları sadaladı ki...
Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib
"QatarEnergy" LNG istehsalını dayandırdı
ABŞ İran hücumlarında 4 hərbçini itirib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah 2026-cı ilin ilk Ay tutulması olacaq
İlham Əliyev Rusiya rəsmisini qəbul etdi - MÜZAKİRƏ + FOTOLAR
Ceyhun Səfərə "BakuBus”da vəzifə verilib
"Azəriqaz”ın 5 milyon manatdan artıq borcu var
Banklara ipoteka kreditləşməsi üçün yeni limitlər ayrılıb - Detallar
Azərbaycan və Bəhreyn XİN başçıları müzakirə aparıblar - Açıqlaça
Tehrana ağır zərbələr endirilir
Ağdərədə istismar müddəti bitmiş döyüş sursatları məhv ediləcək
Hakan Fidanla Ceyhun Bayramov telefonda danışdı
"Neftçi"nin "Şamaxı" ilə oyununda son saniyədə təyin olunan penalti... - AFFA-dan açıqlama
Netanyahunun Ofisi "Xayber" raketləri ilə vurulub? - İran "hə" deyir, İsrail hələlik susur
Prezident tibbi sığorta ilə bağlı dəyişikliyi təsdiqlədi - Müştərək maliyyələşmə...
Prezident İlham Əliyev sərəncam imzalayıb
YENİ YAŞ: UĞURLU TƏYİNAT OLAN YERDƏ...
Rəqqasə Fatimə ilə şairə Nazilə Səfərli barışdı
Sabah hava necə olacaq? - Proqnoz
İRAN SƏUDİYYƏNİ "CAN DAMARI"NDAN VURDU - FOTOLAR
ABŞ-ın "Məğlubedilməz" ləqəbli qırıcları vurulub - Küveytdən "bir neçə qırıcı vurulub" etirafı gəldi (FOTOLAR)
Ceyhun Bayramov Qazaxıstan XİN başçısı ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Məşhur bələdiyyə sədri və daha 12 nəfər məhkəməyə aparılıb
Siyəzən rayonunda yeniyetmə qızın meyiti tapılıb
Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
"İranda Azərbaycan vətəndaşlarının xəsarət alması barədə yeni məlumat daxil olmayıb" - XİN açıqladı
“Bakcell” müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
Müharibə Avropa İttifaqının sərhədinə çatdı - Britaniya bazasına PUA hücumu oldu (FOTO)
Tanınmış ekspert barədə məhkəmə qərarı dəyişib
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub
Livanda məktəblər bağlandı - İsrailin hücumlaırna görə
İrandan Azərbaycana 60-a yaxın əcnəbi təxliyə olunub
Pakistanda komendat saatı elan olundu - Xameneini ölümünə görə
İsrail Livanı bombaladı: 31 nəfər ölüb, 149 nəfər isə yaralanıb
AAYDA-da "qaynayır" - Daha bir rəis haqqında yeni iddialar yayıldı
Hörmüz boğazı bağlandı: neft tankerləri dalanda sıxışdı - Neftin qiyməti son 14 ayın pik həddinə yüksəldi