Türkiyə futbolunda aşağı liqalarla bağlı qərar verildi

img

02-05-2020 [18:23]


Türkiyənin Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdemir və aşağı liqaların təmsilçiləri ilə toplantı keçirib. 

"Haber7" xəbər verir ki, videokonfrans formatında təşkil olunan iclasda aşağı liqaların taleyi müzakirə olunub. 

TFF 1, 2 və 3-cü liqaların oyunlarının iyunun ikinci həftəsində və azarkeşsiz keçirilməsi qərara alınıb. 

Qeyd edək ki, koronavirus pandemiyasına görə yarımçıq dayandırılan Türkiyə Super Liqasının iyunun 10-da bərpası nəzərdə tutulur/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR