PSJ Fransa çempionu elan olunub

img

30-04-2020 [14:42]


Futbol üzrə Fransa çempionatında qalib elan olunub. 

"LEquipe" nəşri xəbər verir ki, Liqa 1 rəhbərliyi turnir cədvəlindəkı sıralamanı olduğu kimi saxlayacaq. 

Bununla da PSJ 27 oyundan sonra 68 xalla 2019/2020 mövsümünün çempionu olub. 28 qarşılaşmada 58 xal toplayan "Marsel" 2-ci, 50 xalı olan "Renn" isə üçüncü yeri tutub. Ancaq elitanı tərk edəcək komandaların adları açıqlanmayıb. 

Qeyd edək ki, çempionluq rəsmiləşsə, bu PSJ-nin liqada ardıcıl 3-cü, ümumilikdə isə 9-cu qələbəsi olacaq. 

Xatırtladaq ki, Fransanın baş naziri Eduar Filipp ölkədə bütün kütləvi idman tədbirlərinin, eyni zamanda Liqa 1 və Liqa 2-də cari mövsümün yekunlaşdığını açıqlamışdı/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR