Baş nazir: "Koronavirusu məğlub etməsək, olimpiada olmayaycaq"

img

29-04-2020 [13:41]


"Mövcud tədbirlər və qanunvericilik bazası kifayət etmədikdə yeni tədbirlərin nə dərəcədə mümkünlüyü ehtimalını nəzərdən keçirməliyik". 

Bunu Yaponiyanın baş naziri Sindzo Abe deyib. 

O bildirib ki, koronavirus pandemiyasına qalib gəlməyəcəkləri təqdirdə, 2021-ci ildə Tokio Ya Olimpiya və Paralimpiya Oyunlarının keçirilməsi mümkün olmayacaq. 

Qeyd edək ki, bu il 24 iyul - 9 avqustda keçirilməsi nəzərdə tutulan Tokio olimpiadası pandemiya səbəbindən 2021-ci ilə təxirə salınıb. Gələn yay iyulun 23-də start götürəcək yarış avqustun 8-dək davam edəcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR