Niderland çempionatında mövsüm ləğv olundu

img

24-04-2020 [21:01]


Futbol üzrə Niderland çempionatının taleyinə aydınlıq gəlib.

Məlumata görə, çempionatda cari mövsümün ləğv olunmasına qərar verilib.

Bildirilib ki, çempion elan olunmayacaq və yüksək liqanı heç bir komanda tərk etməyəcək. Yeni mövsüm hazırkı 18 klubun iştirakı ilə başlayacaq.

Avrokuboklara vəsiqələrin sahibi isə turnir cədvəlindəki sıralamaya əsasən müəyyənləşəcək.

Qeyd edək ki, Niderland Erediviziyası martın 12-də koronavirus pandemiyası səbəbindən dayandırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR