Çempionlar və Avropa liqalarının təsnifat mərhələsinin oyunlarının tarixi bəlli oldu

img

21-04-2020 [16:43]


Cari mövsümün sonunda Çempionlar Liqası (ÇL) və Avropa Liqasına (AL) vəsiqə qazanan komandaların avrokubokların təsnifat mərhələsində mübarizəyə başlayacaqları tarixlər müəyyənləşib. 

Məlumata görə, bununla bağlı UEFA-nın bu gün quruma üzv olan 55 milli assosiasiya ilə video-konfransında razılıq əldə olunub. 

İddia edilir ki, 29 avqusta planlaşdırılan ÇL finalından cəmi 16 gün sonra 2020/2021 mövsümü üçün milli çempionatlar start götürəcək. Avrokuboklarda yeni mövsümün də məhz sentyabrın ortalarında başlayacağı bildirilib. Bu isə o deməkdir ki, Azərbaycan təmsilçiləri həmin tarixdən qitəmiqyaslı oyunlara çıxacaqlar.

Qeyd edək ki, avrokuboklarda ilkin təsnifat mərhələsinin qarşılaşmaları iyunun sonlarında başlamalı idi/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR