Avrokubok matçlarının yeni tarixi müəyyənləşdi

img

21-04-2020 [15:04]


UEFA koronavirus pandemiyasına görə yarımçıq dayandırılan avrokubok matçları ilə bağlı qərarını verib.

"Report" "Corriere dello Sport'"a istinadən xəbər verir ki, qitənin 1 nömrəli klub turnirində 1/8 final mərhələsinin oyunları tamamlandıqdan dərhal sonra 1/4 finalın püşkü atılacaq.

İddiaya görə, bu mərhələnin qarşılaşmaları 11-15 avqust tarixlərində, yarımfinal görüşləri isə 18-22 avqustda olacaq.

Final matçının isə avqustun 29-da baş tutacağı bildirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR