Futzal Federasiyası yarışların təxirə salınma müddətini uzatdı

img

20-04-2020 [14:01]


Azərbaycan Futzal Federasiyası yarışların təxirə salınması müddətini uzadıb. 

Federasiyanın Mətbuat xidmətindən  Mia.az-a verilən məlumata görə, qərar Nazirlər Kabinetinin aprelin 18-dəki Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq qəbul olunub. 

Bildirilib ki, Yüksək, Birinci və İkinci liqaların, eləcə də Azərbaycan Kubokunun oyunları mayın 4-dək təxirə salınıb. 

Federasiya oyunların başlama tarixi barədə əlavə məlumatın veriləcəyini də vurğulayıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR