Kamerun milli komandasının sabiq futbolçusu karantinə alınıb

img

12-04-2020 [12:49]


Kamerun milli komandasının sabiq futbolçusu Riqobert Sonq karantinə alınıb.

Məlumata görə, 43 yaşlı keçmiş müdafiəçi martın 30-da Fransadan qayıtdıqdan sonra Yaundedəki otellərdən birində təcrid olunub. Sonqun COVID-19 viruslu şəxslərlə təmasda olması şübhəsi ilə belə bir addım atılıb. 14 günlük karantin müddətində koronavirus testi müsbət çıxmasa, o, gələn həftə ailəsinə qovuşacaq.

Qeyd edək ki, Riqobert Sonq Türkiyənin "Qalatasaray" və "Trabzonspor" komandalarında da forma geyinib. Son futbolçu karyerasını başa vurduqdan sonra Kamerunun əsas və U-23 yığmalarında baş məşqçi kimi çalışıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR