FIFA rüşvət iddiası ilə bağlı araşdırmalara başladı

img

07-04-2020 [19:09]


FIFA qurum rəsmilərinin 2018 və 2022-ci il dünya çempionatlarının müvafiq olaraq Rusiya və Qətərdə keçirilməsi üçün səs müqabilində rüşvət aldıqlarını iddia edən ABŞ Ədliyyə Nazirliyindən əlavə məlumatlar istəyəcək.

Bu barədə ali futbol qurumunun rəsmi "Twitter" səhifəsi xəbər yayıb.

Bildirilib ki, hər hansı pozuntu aşkarlanarsa, həmin şəxslərə ciddi sanksiya tətbiq olunacaq.

FIFA daha əvvəl rüşvət ittihamları ilə bağlı araşdırma aparsa da, iddialar öz təsdiqini tapmayıb.

Qeyd edək ki, FIFA-nın sabiq vitse-prezidenti Cek Uornerin Rusiyadan 5 milyon dollar rüşvət aldığı vurğulanıb. Qurumun İcraiyyə Komitəsinin üzvü Rafael Salqeronun isə 1 milyon dollar qarşılığında Rusiyaya səs verdiyi irəli sürülüb.

Bundan başqa, Braziliya Futbol Konfederasiyasının keçmiş prezidenti Rikardo Teyşeyra və FIFA-nın keçmiş vitse-prezidenti, Cənubi Amerika Futbol Konfederasiyasının prezidenti Nikolas Leozun da səsvermədə rüşvət aldığı iddia olunub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR