Marneuli rayonunda daha bir nəfərə koronavirus diaqnozu qoyulub

Marneuli rayonunda daha bir nəfərə koronavirus diaqnozu qoyulub

CƏMİYYƏT

06.04.2020, 13:01

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda daha bir nəfərə koronavirus diaqnozu qoyulub.

Həmin şəxs ötən gün COVID-19 infeksiyasına xarakterik simptomlarla Marneulidəki xəstəxanalardan birinə yerləşdirilib.

Pasiyent ötən gün koronavirus testindən keçirilib və nəticə müsbət olub. Həkimlər onun vəziyyətini sabit qiymətləndirirlər. O, artıq Tbilisi Dövlət Tibb Universitetinin 1 saylı klinikasına yerləşdirilib/Report 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR